İNANDIM QAYIDACAĞINA

ƏBÜLFƏT MƏDƏTOĞLU
50920 | 2017-12-08 18:11

Bu inam yaşadır məni


Adətən şeir kitablarını vərəqləyəndə özümdən asılıolmadan öncə düz sonuncu səhifəyə qədər çıxıb gedirəm. Və sonra başlayıramsondan üzü birinci səhifəyə qədər gəlməyə. Bilmirəm bu nə xasiyyətdi, ammayalan olmasın 50 ildir ki, belə edirəm. Və maraqlı da burasıdır ki, kitabıarxadan üzü geri oxumağa başladıqca içimdə bir qəribə ab-hava yaranır. Sankisondan, son nöqtədən, son məkandan, son sözdən, bütövlükdə dayanacaqdan özümə tərəfgəlməyə başlayıram. Bu günümü, dünənimi, ondan öncəki günlərimi xatırlayıram. Hərxatirə də bir yarpaq olmaqla yanaşı, həm də ömrün bir parçasıdır. Və mən də birparça o ömrə elə sığınıram ki, illərin həsrətlisi kimi, övlad anasına sığınan kimi. Və...

Bəli, əlimdəkibu kitabı da vərəqləyirəm sondan üzü bu günümüzə tərəf. Və qəribədir ki, kitabın son misrası mənim neçə gündür ki,başımı xarab edən sözün eynidir. Tam səmimi deyirəm, az qala bir həftədir ki,dünyanın arsızlığı məni hövsələdən çıxarıb. Bilmirəm təsadüfdü, yoxsa elə belədə olmalıydı, mənim əlimdəki kitabda son səhifədə oxuduğum sonuncu misra bax,belədi. Olduğu kimi yazıram:

Sevginin,yaddaşın, dərdin

itdiyi,

taleyinküsdürüldüyü

yerdə

sağalmaz xəstəlik,

laqeydlik,

arsızlıq durur.

Necə dəqiqdeyilib. Həqiqətən sevginin qənimi arsızlıq... yaddaşın baltasıdı arsızlıq... dərdinpərdəsidi arsızlıq... Biri öldürür, biri parçalayır, biri də büküb gizləyir. Vəbunların üçü də adamı manqurtluğa aparır, adamı özündən uzaqlaşdırır. Çünkiarsızlıq insanı hər havaya oynadır, sümüyünə düşsə də, düşməsə də. Özü də bu şeirdə vurğulandığı kimi, "Yanıq Kərimi"yəoynayanın əqlinə, həyata baxışına və nəhayət, sevgiyə, sədaqətə, ülfətə, ünsiyyətəmünasibəti də elə arsız olur. Ona görə də kitabın müəllifi yazır ki:

Şadlıq evlərininadı

guya ovqat dəyişir...

Laçın, Şuşa,Göyçə küsür,

itirilən yurd adı

əyləncə yerinədönür,

pul yağışındakiçilən

sərhəd keçilməzgörünmür...

Torpağın naləsieşidilməsin deyə,

şadlıq evləri

səs-səsə verir.

Gördünüzmü, necəgerçək bir təsvir, necə dəqiq bir təqdimatdı. O təsvirlə bu təqdimat üst-üstədüşdüyündən damarında azacıq millət qanı, torpaq yanğısı olan dərhal dilininucuna bu sözü gətirir:

- ÇOX DƏQİQİFADƏ OLUNUB!..


Bəli, biz dərdimizəoynadıqca təkcə oynağan olmuruq, həm də laqeydləşirik. Və o laqeydlik də biziyavaş-yavaş özümüzdən qoparır, özümüzdən uzaqlaşdırır. Necə deyərlər, bütün mənalardaarsızlaşdırır... Əsirlikdə olan qızlarımızı, gəlinlərimizi, bacılarımızı və birdə adını hələ ki, unutmadığımız Göyçəni, Qarabağı arxa plana keçirir. Axı biz oynamağa daha çox meyl göstəririk.Özü də bu oynadığımız havaların içərisində"Yanıq Kərəm" və "Göyçə gülü" də var. Eloynadığımıza görə də bu kitabın müəllifi yazır:

Belə oxuma, sənAllah,

Dağ çəkmə közərəndağa.

Əl-ələ tut, gedəkqardaş,

Dağa sadağaolmağa.

Bax, elə o arsızlığın bəndi-bərəsi, xəncəri, onundizini yerə gətirəni bizim özümüzü dağa, daşa, torpağa sadağa etməyi bacarmağımızdı. Əgər bunu edəbilsək, o dağ, o daş, o torpaq mütləq xilas olacaqdı. Edə bilməyənlərimiz dəheç olmasa həmin duyğunu içində yaşatsa, getmək istəyənlərə, özünü sadağa edənlərəqol-qanad verər, dayaq olar. Onda görərik ki, işğal olunmuş ərazilərimizə,dağlarımıza yağan qar təkcə təbiətin hadisəsi deyil, o həm də bizim həsrətimizindamlalarıdı, gözümüzdən yağış kimi, dağ kimi ələnir. Və biz də o yağan yağışla,o ələnən qarla hopuruq dağlarımıza, yaralı torpaqlarımıza, məlhəm olmağaçalışırıq. Və öz-özümüzə pıçıldayırıq ki:

Ümidim ürəyİnson teli, Allah,

Qorxuram üzülə,gedib çatmayam.

Qarabağ bağrımınqara səbridi,

Qaryağır, don vursa, səbrim çatlayar.


Səninçünqaradam, qartopudu qış,

Mənimhəsrətimə qarlar yağacaq.

Şuşanın,Laçının ümidi donub,

Qələbəyazında yarpaqlayacaq.


Bax,bu ümiddi... bax, bu çağırışdı... Bax,bu qol-qanad verməkdi... Bax, bu ürəyə təpər əkməkdi.... Bax, bu həm dəŞuşanın, Laçının donan ümidinin buzunun əriməsi, tumurcuğunun çırtlaması, həyatınındönüşüdü. Lap dəqiq desəm, "qələbə yazında yarpaqlayacaq" fikri elə qələbənin özü qədər səmimi, inandırıcı, həyativə həm də görünəndi. Elə bilməyin ki, mən sözləri nəyinsə xatirinə bir-birininardınca düzürəm.


Xeyr,mən sadəcə, 1991-ci ilin oktyabrın 30-dan əlim çatmayan kəndimin, bulağımın, həyət-bacamın,bir sözlə, Tuğun içimdə olan üstünü həsrət külü almış bütövlüyünün həyataqayıdışı kimi görürəm o çağırışı.

Onagörə də hansı sərhəd olur-olsun, onun keçiləcəyinə həm inamım, həm də güvənimartıb. Axı, biz zaman-zaman özümüzə müəyyən sərhədlər çəkmişik. Həm əxlaqımıza,həm düşüncəmizə, həm evimizin ətrafına...

Bugün isə bütün sərhədləri, yolumuzu gözləyən işğal sərhədinin o biri üzünə doğrusapanda qoyub özümüzlə birlikdə atmalıyıq. Gedib həmin o cəbhə sərhədinidağıtmaq üçün. Yoxsa:

Axça-axçaevləri uçulan,

uca-ucadağları yıxılan,

yurduyağmalanan,

Qarabağınqara dərdli

adamlarıbu evlərdə

dərdlərindən,ümidlərindən

asılıblar.

Kədərlərindənbaşqa

hər şeylərini itiriblər.

Kədərindənbaşqa hər şeylərini itirənlərin biri də mənəm.

Vəözümə az qala bürüncə etdiyim o kədərlə nə qədər yaşamalıyam? Nə qədər dözübdurmalıyam? Nə qədər oğul-uşaq gözünə baxıb nəvə saçları sığallamalıyam? Eləbilməyin ki, bunlar ritorik suallardı, boy sırasına durublar. Yox, bunlarcavabını hər an tələb edən, hər an gözləyən həyat qədər zəruri olan cavablarınqarşımızı kəsdiyi nöqtədi. Bunu şeirin müəllifi də bilir və ona görə də birmənalışəkildə vurğulayır ki:

Buqaçqın yataqxanasının

odalarıdərd ocağıdır.

Yaşantılarıayrı,

taleləri eyni.

Ucalandualar eyni,

qayıtsınQarabağ,

qayıtsınyurd yeri.

Tanrıda bezib,

eşitmək istəmir.

Hamıyalnız dua edir,

Qarabağda

eləküsüb, elə küsüb,

duanıda eşitmir...

Budugerçək... Bunu demək lazımdı, bunu etiraf etmək lazımdı. Yoxsa... Yoxsadan öncədeyim ki, hər ad günündə, hər toyda, hər bayramda bir duamız var, özü dəhamımızın:

-İNŞALLAH GƏLƏN BAYRAMIMIZI QARABAĞDA KEÇİRƏK!

-ALLAH QOYSA, NÖVBƏTİ AD GÜNÜNÜ ŞUŞADA QEYD EDƏK!

-ALLAHA ÜZ TUTUB DUA EDİRİK Kİ, BUGÜNKÜ SƏBƏBKARLARIN ÖVLADLARININ KİÇİK TOYUNUAĞDAMDA, FÜZULİDƏ, XOCAVƏNDDƏ, GÖYÇƏDƏ ÇALDIRAQ!

-ALLAHA DUA EDİRİK Kİ...

Bəli,biz dualar edirik və özümü də bilirik ki, artıq dualarımız Allahı da bezdirib,Allahı da yorub. 1988-ci ildən bu günə qədər üzü göyə baxan, ayağı yer tutan,dili sözə çevrilən hər kəs dua edir. Şükür ki, o duaların ən gerçəyini bukitabın müəllifi birmənalı şəkildə vurğuladı ki:

Qarabağda

eləküsüb, elə küsüb,

duanıda eşitmir...

Mən heç kimə ağıl vermək, nəsihət etmək fikrindədeyiləm. Amma yenə səmimi şəkildə vurğulayıram ki, "duayla donuz darıdançıxmayıb". Donuzu vurub darıdançıxaran kötək və o kötəyə güc sərf edəcək qolların zamanıdı. Özü də o zaman hərgün bizdən bir iynə boyu uzaqlaşır. Çünki yazımın əvvəlində vurğuladığımarsızlıq xəstəliyə çevrilib...

Bundanqurtulmaq üçün özümüzə qayıdışı, özümüzə dərki kökləməliyik və bilməliyik ki:

Oxşadımsözlə, ağıyla -

Dincələtorpaq yarası.

İniltisiürək deşir,

Yanırtorpağın harası?

Buda bir gerçək, bu da bir həqiqət. Və bu yerdə özüm də hiss etmədən növbəti səhifəyəkeçəndə görürəm ki, yenə dualardan qopub ayrıla bilməmişik. İçimizdə Tanrıyabir təmənna, bir rica, bir yalvarış və bunların topasının cəmində isə bir duavar.

Tanrı,möhlət ver mənə,

ömürver mənə,

gedim evimi görüm,

gedimevimdə

ölüm.

Mənəlimdə sondan üzü bu günümə tərəf, yəni birinci səhifəsinə doğru vərəqlədiyim"Dünya Tanrı biçimdədi" kitabının bu yerində dayanıram, nəfəs dərirəm.Ona görə ki, indiyə qədər oxuyub yükləndiyim fikirlər, duyğular məni artıq elə bil hala salıb ki, sanki yolun ortasındahalsız bir vəziyyətdə, çıxılmaz bir durumda donub qalmışam. Və bu məqamımda mənimiçimdən ancaq bir istək keçə bilər: O DA EVİMƏ GEDƏ BİLMƏKDİ...

... Barəsində bəhsetdiyim kitabın müəllifi Sona xanım Vəliyeva, kitabı isə biz oxuculara təqdimedən "Vektor" nəşrlər evidi... Mənhəm müəllifə, həm də kitabı biz oxucuların önünə çıxaran hər kəsə təşəkküredirəm. Məni dünənimə aparan, dünənimdən bu günümə gətirən isti, həm də xəncərkimi kəsib keçən fikirlərə, misralara görə.


Əbülfət MƏDƏTOĞLU


TƏQVİM / ARXİV