adalet.az header logo
  • Bakı 13°C
08 Dekabr 2017 17:13
10569
HADİSƏ
A- A+

At əti satan daha bir şəxs saxlanıldı

Oğuz Rayon Polis Şöbəsinə qanunsuz at əti kəsimi ilə məşğul olan Vüqar Ziliyev barəsində məlumat daxil olub. Polis əməkdaşları tərəfindən məlumatın yoxlanılması ilə əlaqədar keçirilən tədbirlər zamanı V.Ziliyevin sərnişin qismində getdiyi avtomobilin yük yerinə baxış keçirilib. Orada qeyri-qanuni, antisanitar şəraitdə, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, təxmini çəkisi 150 kq-a yaxın at əti aşkar olunaraq götürülüb.

DİN-in mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, aşkar edilmiş ətdən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Baytarlıq Laboratoriyasına göndərilib.

Laborator müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcək.

Faktla bağlı araşdırma aparılır.