adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
08 Dekabr 2017 15:54
15478
SİYASƏT
A- A+

Lavrov: Rusiya Zuyevlə bağlı Azərbaycandan aqreman istəməyib

Rusiya heç vaxt Azərbaycan hökumətindən Georgi Zuyev ilə bağlı aqreman istəməyib.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vyanada təşkil edilən mətbuat konfransında bildirib.

"Doroxin öz missiyasını baş çatdırdıqdan sonra Azərbaycana yeni səfir göndəriləcək. Mən də internetdə sizin verdiyiniz sualla bağlı şayiələri eşitmişəm. Biz Zuyevlə bağlı heç vaxt Azərbaycan hökumətindən aqreman istəməmişik. Kimin hansı əlaqələrə malik olması və bunun siyasətə necə təsir etməsi mövzusu təbii ki, müasir sivilizasiya tələblərinə cavab vermir”, - deyə Lavrov Azərbaycana yeni səfir təyin olunması ilə bağlı sualı cavablandırarkən bildirib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin noyabrın 27-də bu ölkənin Azərbaycandakı səfiri Vladimir Doroxinin geri çağırılması haqda sərəncam imzalayıb. Bəzi KİV-lərdə yer alan məlumata görə, Doroxini George Zuyev əvəz edəcək.