adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
08 Dekabr 2017 15:30
10145
GÜNDƏM
A- A+

“Bu qayğıya görə Cənab Prezidentə təşəkkür edirəm” - Deputat

"Gənc balalarımızın sərbəst həyatda ilk addımlarını belə uğurla atmaları, ölkəmizi şərəflə təmsil etmək üçün bu qədər istəkli olmaları qəlbimi dağa döndərdi.Ona görə də ilk fürsətdə bu dəyərli gənclərlə görüşdüm, onları təbrik etdim. Eyni zamanda həvəsləndirici xarakter daşısa belə əziz hemyerlilərimi mükafatlandırmağı özümə borc bildim”

Adalet.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İqbal Məmmədov Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edən rayon idmançıları ilə görüşdən sonra təəsüratlarını bölüşərkən söyləyib.

"Böyük fəxr və qürurla "Zirvə” İdman Klubunun yetirmələri olan, "Lerik-Zirvə” komandası adı altında "Ağır atletika” üzrə bizləri uğurla təmsil edən, rayonumuzun Piran kənd sakinləri olan gənclərimiz haqda məlumatı diqqətinizə çatdırıram. Fuqan Əliyev – Yeniyetmələr arasında Respublika, Avropa çempionu, Türkiyədə keçirilən uşaq oyunları festivalında 2-ci yer mükafatçısı; İsmayıl Məmmədov – Beynəlxalq dərəcəli İdman ustası, Yeniyetmələr üzrə Avropa 3-cüsü, Respublika çempionu; Əlimərdan Alxasov – Respublika çempionu, "Zirvə” İdman Klubunun təşkil etdiyi Dünya çempionatında 2-ci yer sahibi, Türkiyədə keçirilən uşaq oyunları festivalında 2-ci yer mükafatçısı; Saleh Alxasov – Yeniyetmələr üzrə Respublika çempionu.

16-17 yaşlı gənclərimizin əldə etdiyi bu uğurlar artıq Azərbaycanın dünya miqyasında sözün həqiqi mənasında idman ölkəsinə çevrildiyinin bariz göstəricisidir. Bu gənclərin timsalında ölkəmizdə idmanın inkişafına, dərəcə almış bütün idmançılara göstərilən xüsusi diqqət və qayğıya görə Cənab Prezidentimizə şəxsən öz adımdan dərin minnətdarlığımı bildirirəm” – deyə deputat fikilərinə davam edib.