adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
08 Dekabr 2017 12:22
15664
İDMAN
A- A+

Avropa Liqasında səbətlər müəyyənləşdi

Dekabrın 11-də Avropa Liqasının 1/16 final mərhələsinin püşkü atılacaq.

Adalet.az-ın məlumatına görə, püşkdə qrup mərhələsində ilk iki yeri tutan 24 və Çempionlar Liqasının qrup üçüncüsü olan 8 komanda iştirak edəcək.

Artıq püşkatma üçün səbətlər müəyyənləşib. Komandalar iki səbətdə yer alacaq. Avropa Liqasının qrup qalibləri səpələnmiş, ikinciləri isə səpələnməmişlər səbətində olacaq.

Çempionlar Liqasından gələn komandalardan 4-ü səpələnmiş, 4-ü səpələnməmişlər sırasında yer alacaq.

Səpələnmişlər:"Milan” (İtaliya), "Arsenal” (İngiltərə), "Atalanta” (İtaliya), "Atletik” (İspaniya), "Braqa” (Portuqaliya), "Dinamo” (Ukrayna), "Latsio” (İtaliya), "Vilyarreal”,(İspaniya), "Zenit” (Rusiya), "Lokomotiv” (Rusiya), "Viktoriya” (Çexiya), "Zalsburq” (Avstriya)

Çempionlar Liqasından gələnlər: "Leypsiq” (Almaniya), "Sportinq” (Portuqaliya), "Atletiko” (İspaniya), MOİK (Rusiya)

Səpələnməmişlər:AEK (Yunanıstan), "Astana” (Qazaxıstan), "Srvena Zvezda” (Serbiya), "Styaua” (Rumıniya), "Kopenhagen” (Danimarka), "Lüdoqorets” (Bolqarıstan), "Lion” (Fransa), "Marsel” (Fransa), "Nitsa” (Fransa), "Ostersund” (İsveç), "Partizan” (Serbiya), "Real Sosyedad” (İspaniya)

Çempionlar Liqasından gələnlər:"Napoli” (İtaliya), "Seltik” (Şotlandiya), "Borussiya” (Dortmund, Almaniya), "Spartak” (Rusiya)

Qeyd edək ki, 1/16 final mərhələsinin oyunları gələn il 15-22 fevral tarixində keçiriləcək.