adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
08 Dekabr 2017 11:52
12350
MƏMLƏKƏT
A- A+

Şaxta baba olmaq üçün 3 nəfər müraciət edib

Bakıda Yeni ildə Şaxta baba olmaq üçün 3 nəfər müraciət edib.

Adalet.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.

Qurum rəsmisi bildirib ki, daxil olan müraciətlər araşdırılır: "Hələlik müraciətlərə cavab verilməyib. Yaxın günlərdə müraciətlərə baxılacaq. Şaxta baba və Qar qızın fəaliyyət göstərməsinə dekabrın 15-dən sonra icazə veriləcək".

Ə.Bağırov əlavə edib ki, artıq paytaxt ərazisində parklarda və digər ərazilərdə Yeni il ağaclarının quraşdırılmasına da başlanılıb.