adalet.az header logo
  • Bakı 20°C
08 Dekabr 2017 11:19
16251
ƏDƏBİYYAT
A- A+

Türk uşağın danışdığı əhvalat dünya şöhrətli kitaba çevrildi

Məşhur isveçli yazıçı Asa Lindin "Dinozavr yumurtası” kitabı Avropa və Çin də daxil bir çox ölkələrdə böyük maraqla qarşılanıb.

Adalet.az-türk mətbuatına istinadən xəbər verir ki, kitab 3 yaşlı türk vətəndaşı Önal Erendizin 6 il bundan öncə imza günündə Asa Lində açdığı kiçik "sirr”dən bəhs edir.

Asa Lind həmin günü belə xatırlayır: "Üç yaşlı Erendiz Önal mənə yaxınlaşaraq, bir sirrim var, dinləmək istəyirsiniz? - dedi. Sonra ətrafa baxdı, daha sonra pıçıltı ilə "sirr”ini mənə açdı. Mən də onu qələməaldım. Bir yazıçı üçün ən qiymətli hədiyyə, əlbəttə ki, bir uşaqdan eşitdiyi hekayədir.”