ANA SƏHİFƏ / GÜNDƏM

QHT Şurası qrant müsabiqəsini elan etdi

2289    |   2017-12-07 18:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.Şura sədrinin müavini Vüsal Quliyeviclası açaraq gündəliyə təklif olunan "Hasilat Sənayesində Şəffaflıq” prosesində QHT-lərin iştirakı mövzusunda qrant müsabiqəsi haqqında məsələni diqqətə çatdırıb. Gündəlik yekdilliklə təsdiq olunub.


Adalet.az xəbər verir ki, Vüsal Quliyev ölkəmizdə şəffaflığın və hesabatlılığın gücləndirilməsi, ümumilikdə korrupsiyaya qarşı mübarizə sahəsində davamlı olaraq uğurla həyata keçirilən dövlət strategiyasının mövcud olduğunu deyib. Şura sədrinin müavini bildirib ki, cənab prezident İlham Əliyevin sərəncamı ilə 5 aprel 2017-ci ildə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yaradılması bir daha Azərbaycanın hasilat sənayesində şəffaflıq və hesabatlılıq üzrə beynəlxalq səyləri dəstəklədiyini və müvafiq standartların tətbiqini uğurla davam etdirmək əzmində olduğunu göstərir. Bu baxımdan Hasilat Sənayesində Şəffaflıq”(HSŞ)proseslərində vətəndaş cəmiyyəti institutlarının da yaxından iştirakı vacibdir.


Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın Əsasnaməsinə uyğun olaraq "Hasilat Sənayesində Şəffaflıq” prosesində QHT-lərin iştirakı mövzusunda qrant müsabiqəsinin şərt və qaydaları barədə ətraflı məlumat verib.


Şura üzvləri Sahib Məmmədov, Rufiz Qonaqov, Anar Xəlilov və Nərgiz Xələf çıxış edərək qrant müsabiqəsinin mövzuları, qayda və şərtləri ilə bağlı təkliflərini səsləndiriblər.


Müzakirələrdən sonra Şuranın 2018-ci il birinci qrant müsabiqəsinin elan edilməsi ilə bağlı qərar qəbul edilib. QHT-lər müsabiqənin mövzuları, həmçinin şərt və qaydaları haqqında məlumatlarla Şuranınwww.qhtxeber.az, www.e-qht vəwww.cssn.gov.azsaytları vasitəsi ilə tanış ola bilərlər.




İmza:
SON XƏBƏRLƏR
2018-02-18
2018-02-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Real" PSJ-yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Günlərin bir günü dəlixanaya həkimlər gəlir. Dəlilərin qabağına boş boşqablar qoyulrar. Dəlilərin hamısı yalandan boşqabı gəmirir, amma dəlilərin biri isə heç nə etmədən durub baxırdı. Hamı elə bildi ki, bu ağıllanıb. Göndərirlər evə. Yolda soruşurlar ki, bəs sən niyə yemək yemədin?
Dəli cavabında:
- Soyumağını gözləyirdim.




digər lətifələr
ARXİV
FACEBOOK