adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
07 Dekabr 2017 17:27
11169
GÜNDƏM
A- A+

Cavanşir Qurbanovun ailəsi Prezidentə təşəkkür etdi

Dünən Prezident İlham Əliyev Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Cavanşir Qurbanovun 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, bu, həm də Cavanşir Qurbanova bir yubiley hədiyyəsidir. Belə ki, onun 70 yaşı tamam olur.

Tanınmış idman xadiminin oğlu Cəlal Qurbanov bildirib ki, dövlət başçısının bu sərəncamı onların bütün ailəsini çox sevindirib: "Cənab Prezidentin verdiyi bu yüksək dəyər atamın yubileyini bizim üçün ikiqat bayrama çevirdi. Hamımız çox xoşbəxtik. Bu sevinci bizə yaşatdığı üçün dövlət başçımıza ürəkdən təşəkkür edirik. Yüksək etimadı hər zaman ailəlikcə doğrultmağa çalışacağıq”.(azvision.az)