ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Rusiyanın məşhur teatrı Bakıda çıxış edəcək

10037    |   2017-12-07 17:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dekabrın 22-23-də Arkadi Raykin adına Rusiya Dövlət "Satirikon” Teatrı S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında çıxış edəcək.

Dekabrın 22-də "Konstantin Raykin. Öz səsi ilə” poetik monotamaşası təqdim ediləcək.

Bu monotamaşada Rusiyanın xalq artisti Konstantin Raykin David Samoylov, Nikolay Zabolotskov, Nikolay Rubtsov, Osip Mandelştam, Lope de Veqa, Aleksandr Puşkin kimi şairlərin şeirlərini oxuyacaq və şərh edəcək.

Monotamaşa iki saat fasiləsiz davam edir.

Dekabrın 23-də isə "Konstantin Raykin. Öz səsi ilə” monotamaşası ilə yanaşı J.B.Molyerin eyniadlı pyesi əsasında hazırlanmış "Zorən təbib” birpərdəli tamaşası da nümayiş etdiriləcək. Konstantin Noviçkov, İlya Roqov, Yelena Qolyakova, Rozaliya Kayumova, Ulyana Lisitsina, Yaroslav Medvedyev və Daniil Puqayevin iştirak etdiyi tamaşanın quruluşçu rejissoru Konstantin Raykin, səhnə quruluşunun müəllifi Boris Valuyev, geyim rəssamı Mariya Danilovadır.




İmza:
SON XƏBƏRLƏR
2018-02-18
2018-02-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Real" PSJ-yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Günlərin bir günü dəlixanaya həkimlər gəlir. Dəlilərin qabağına boş boşqablar qoyulrar. Dəlilərin hamısı yalandan boşqabı gəmirir, amma dəlilərin biri isə heç nə etmədən durub baxırdı. Hamı elə bildi ki, bu ağıllanıb. Göndərirlər evə. Yolda soruşurlar ki, bəs sən niyə yemək yemədin?
Dəli cavabında:
- Soyumağını gözləyirdim.




digər lətifələr
ARXİV
FACEBOOK