ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

ADU-da Heydər Əliyev anıldı

7573    |   2017-12-07 16:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dekabrın 7-də Azərbaycan Dillər Universitetinin (ADU) Qafqazşünaslıq kafedrasının və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə Auditoriya+ layihəsi çərçivəsində "Heydər Əliyevin dövlət strategiyası” mövzusunda dəyirmi masa keçirilib.

Adalet.az xəbər verir ki, Qafqazşünaslıq kafedrasının müdiri, professor Əsgər Zeynalov rəhbərlik etdiyi kafedranın mütəmadi olaraq rəngarəng mövzulara həsr edilən tədbirlər təşkil etdiyini vurğulayıb. O, dəyirmi masanın "Heydər Əliyevin dövlət strategiyası” mövzusuna həsr edildiyini bildirərək ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti, xalq, dövlət qarşısındakı xidmətləri, mühüm əhəmiyyət kəsb edən strateji manevrlər və onun fəaliyyətində başlıca yer tutan azərbaycançılıq ideologiyasından bəhs edib.

Daha sonra Qafqazşünaslıq kafedrasının dosentləri Şəlalə Bağırova "Heydər Əliyev və Azərbaycançılıq”, Qorxmaz Mustafayev "Siyasətdə Heydər Əliyev qətiyyəti”, həmin kafedranın baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Namiq Kərimov isə "Heydər Əliyevin neft strategiyası” mövzularında çıxış ediblər. Bildirilib ki, XX əsrdə xalqımızın yetirdiyi nadir şəxsiyyətlərdən biri olan Heydər Əliyev hakimiyyətə gəldikdən sonra milli dövlət quruculuğu, milli şüurun formalaşması, azərbaycançılıq ideologiyasının irəli sürülməsi istiqamətində mühüm addımlar atıb, ölkəmizin maraqlarına xidmət edən qətiyyətli siyasi fəaliyyət göstərib, düzgün seçilmiş neft strategiyası sayəsində Azərbaycanın böyük neft gəlirlərinə malik olmasını təmin edib.




İmza:

Orfoqrafiya Komissiyası işçi qrupu yaradıb

Rezidenturaya sənəd qəbulu başladı

Dünya Əngəllilər Vəqfinin vitse-prezidenti: “İnklüziv təhsildə UNEC modelinin..."

Lyon Universitetinin müəllimi: “UNEC-in qış məktəbi pedaqoji təcrübəmin..."

UNEC-in tədqiqatçı qadınlarına araşdırmalarını Avropada davam etdirmək imkanı

Bakı Ali Neft Məktəbinin iki tələbəsi “İlin tələbəsi” fəxri adına layiq görüldü

Türkiyəli professor: ““UNEC ekspert” jurnalında məqalələrlə çıxış etməklə maraqlıyıq”

UNEC-də innovativ tədrisin növbəti mərhələsi

Bakı məktəblərinə işə qəbul üzrə vakansiya seçimi başladı

ADU dünya ali təhsil məkanına inteqrasiya istiqamətində daha bir mühüm addım atıb

İstanbul Universitetinin professoru: “UNEC-in akademik etikası öyrənilməlidir”

BANM tələbəsi Gənclər Fondunun qrant layihəsini reallaşdırıb

SON XƏBƏRLƏR
2018-02-18
2018-02-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Real" PSJ-yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Günlərin bir günü dəlixanaya həkimlər gəlir. Dəlilərin qabağına boş boşqablar qoyulrar. Dəlilərin hamısı yalandan boşqabı gəmirir, amma dəlilərin biri isə heç nə etmədən durub baxırdı. Hamı elə bildi ki, bu ağıllanıb. Göndərirlər evə. Yolda soruşurlar ki, bəs sən niyə yemək yemədin?
Dəli cavabında:
- Soyumağını gözləyirdim.




digər lətifələr
ARXİV
FACEBOOK