adalet.az header logo
  • Bakı 20°C
07 Dekabr 2017 15:26
44737
MÜSAHİBƏ
A- A+

ON BEŞ YAŞLI MƏHKUMLA MÜSAHİBƏ

Yolumuz Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə Müəssisəsinədir. Müəssisədə məhkumlara yaradılan şərait, onların asudə vaxtlarının səmərəli təşkili üçün mövcud vəziyyəti öyrənmək və bu barədə oxucularımıza geniş məlumat vermək üçün bir neçə saatlıq dəmir barmaqlıqlar arasında qalmalı olduq. Çətindir. Müəssisəyə bir neçə saatlıq təşrif buyursam da ordakı aura adamı yorur. Ancaq Uşaq Məhkumlara yaradılan şərait bu yorğunçuluğu müəyyən qədər hiss etdirmədi. İlk baş çəkdiyimiz yer kitabxana oldu. Müəssisə rəhbəri məlumat verdi ki, burada 45-dən artıq məhkum var ki, onların asudə avxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Kitabxanda Azərbaycan və rus dillərində çoxlu kitablar var. Eyni zamanda ümummilli liderlə bağlı guşə yaradılıb, onun həyat və fəaliyyətindən bəhs edən kitablar burda yer alıb. Müəssisədə cəzasını çəkən məhkumlar üçün bilyard, şahmat, domino və digər stol üstü oyunlar quraşdırlıb, AFFA-nın təşəbbüsü ilə futbol meydançası yaradılıb, idman zalı fəaliyyət göstərir. Məhkumlara dərs keçilit, tədris prosesin də fərqlənənlərə sertifikatlar verilir.

Burda Azərbaycanın yaşça ən kiçik məhkumu olan Ramillə (ad şərtidir) kiçik söhbətimiz oldu. Utancaq, danışmağa çəkinən Ramil məhkumluq həyatından danışdı.

-Neçə yaşın var?

-15 yaşım var. Şirvan şəhərindənəm . Statyam 151-dir. Zorlama. 8 il 6 ay iş almışam. 11 aydır ki, məhkumluq həyatı yaşayıram.

-Təqvim qaralıyırsan?

-Qaralamıram. Ancaq günlərimi sayıram.

-Burada şəraitin necədir?

-Yaxşıdır.

-Kitab oxuysan?

-Xeyr. Dərsə gedirəm

-Burda sizlər üçün gözəl şərait yaradılıb. Ancaq bayaqdan baxıram heç nəyə fikir vermirsən. Niyə? 

-Bilmirəm. Nəsə heç nəyə marağım yoxdur. Dərslərimi oxuyuram.

-Hansı fənni xoşlayırsan?

-Hamısını.

-Gələcəkdə nə olmaq istəyirsən?

-Gələcəklə bağlı.. Nə bilim..

-Sıxılırsan burda?

-Yox

-Evdə neçə nəfərsiniz?

-Qardaşım var. 17 yaşındadır.

-Yanına gəlib gedirlər?

-Bəli

-Buradan çıxandan sonra nə olmaq istəyirsən?

-Ağıllı insan

-Bura sənə nə öyrədib?

-Bilmədiklərimi, həyatı.. Çox şey öyrədib. Qanunları.

-Hansı qanunları?

-....

-Çox danışmağı sevmirsən, deyəsən. Bilmək olar nəyi düşünürsən?

-Azadlığa çıxmağı.

-Çıxıb neynəyəcəksən?

-Ailəmə kömək edəcəm.


Ədil Ədilzadə