adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Dekabr 2017 15:22
22399
SİYASƏT
A- A+

BİZİM QÜDSÜMÜZ ÇOXDAN İŞĞAL ALTINDADI

ABŞ və onun Avropadakı qulbeçə dövlətləri çoxdan müsəlmanların yumurtasını dişlərinə vurublar və görüblər ki, laxdı. Ona görə də istədiklərini eləyirlər. İndi Tramp Qüdsü İsrailin paytaxtı elan elədi və dedi ki, səfirliyimizi ora köçürəcəyik. Və heç kimi də vecinə almadı.

Bilir ki, 54 müsəlman dövləti bir az bayraqlarını və şəkillərini yandıracaqlar, bəyanatlar verəcəklər (necə ki, Qüds İsrail tərəfindən 50 il bundan qabaq işğal ediləndə olduğu kimi) sonra da yorulub-yorulub oturacaqlar yerlərində.

Bizim Qüdsümüz 25 ildən də artıqdır ki, ermənilər tərəfindən işğal edilib. Türkiyə və Pakistanı çıxmaqla yerdə qalan müsəlman dövlətləri Ərdəbildən «Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq" lafından uzağa getmədilər və getmirlər də. Ermənistanla cici-bacı şəraitində yaşayırlar.

Eləcə də Qüds məsələsi müsəlman dövlətləri üçün bizim Qüds kimi bir-iki ildən sonra yaddan çıxacaq.

Heç Tramp da ABŞ-ın səfirliyini Qüdsə köçürən deyil. Bu gün itə də əppək borcu olan ABŞ çətin ki, Qüdsdə milyardlarla dəyəri olan bir səfirlik binası tiksin. Sadəcə olaraq, məzələnib bizləri çilədən çıxarır.

ABŞ-dan da xahiş eləyirəm məni bağışlasın, qaçqın adamam. Hərdən sarsaqlayıb əleyhinə nəsə yazıram. Neyniyim? Mənim də əslim bizim Qüdsdən, Şuşadandı.

Bir şeyi dəqiqləşdirə bildi müsəlmanlar? Tualetə gedəndə aftafanı sağ əldə tutmaq lazımdı, yoxsa sol əldə?

Nicat Novruzoğlu