adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
07 Dekabr 2017 15:17
59562
GÜNÜN LƏTİFƏSİ
A- A+

Günün lətifəsi

Turqut Ozal iqtidarda olarkən həddindən çox tənqid edilirmiş. Hər bir gördüyü işə vız qoyarmışlar. Bir gün partiyasının yetkililərini yığır başına, deyir bir vəsiyyətim var:

- Mən öləndə məni arxası üstə yox, üzü üstə basdırarsınız.

Hamı təəccüblə bir-birinə baxır. İçərilərindən biri, ürəklisi soruşur:

- Sayın cümhurbaşqanımız, niyə?

Turqut Ozal:

- Mən öləndən 15-20 il sonra məzarımı açıb arxamı öpmək istəyəcəklər. Onda məni rahatsız eləyib bir də üzü üstə çevirməsinlər.