adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
07 Dekabr 2017 13:02
16899
SAĞLAMLIQ
A- A+

Duzun bilmədiyimiz xeyirli tərəfləri













Süfrə duzunun sadəcə yeməklərdə istifadə edəcəyinizi bilirsinizsə yanılırsınız. Günlük həyatınızda işinizə yarayacaq ipucları...


Şamın əriyərkən yanlara saçılaraq tökülməsini önləyə bilərsiniz. Tək etməniz gərəkən şamınızı istifadə etmədən əvvəl duzu suda gözlətmək.


Ağcaqanad və arı dişləmələrindən sonra meydana gələn qaşıntı hissini aradan qaldırmaq üçün barmağını nəmləndirin. Sonra nəmli barmağınızı duza toxundurub ağcaqanadın dişlədiyi yeri ovuşdurun.


Qanımızda müəyyən miqdarda duzun olması qəbul etdiyimiz qidaların əmilməsi və hüceyrələrə daşınması üçün vacibdir. Lakin artıq olan duzun bədəndən çıxarılması da lazımdır.


Əgər bədəndə kifayət qədər su yoxdursa, duzları ata bilmək üçün hüceyrə suları istifadə olunur. Bu hüceyrə sularının çox istifadəsi zamanı hüceyrələr ölə bilər.


Həddindən artıq istidə edən kəslərdə, əzələ krampları meydana gəlir. Bu Kramplardan duzlu su eridilərək xəstə müalicə edilə bilər.


Təzyiqi aşağı xəstələrə duzlu yemək və içki verilərək təzyiq yüksəldə bilir.


Sağlam həyat qaydalarından biri də gündəlik natrium ehtiyacını qarşılayacaq şəkildə duz istehlak etməkdir. Gündəlik natrium ehtiyacı 2400 milliqram. Bu miqdar gündəlik 5 qram ətrafında duzla qarşılana bilər. Qidaların içində olan təbii duz (natrium) fərdlərin gündəlik ehtiyacını qarşılayar.


Süfrə duzları iyotla zənginləşdirilmişdir. Çox az miqdarda (1/4 çay qaşığı) yodlu duz, gündəlik yod ehtiyacını qarşılamaq üçün kifayətdir. Yod tez itkiyə uğradığında yodlu duzlar işıq keçirməyən bağlı qablarda saxlanmalıdır.


Yağ yapışan tavalara duz töküb kağız dəsmal ilə təmizləyin;


Qırmızı şərab tökülən yerə dərhal duz tökün. Ardından soyuq su ilə yuyun, duz şərabın böyük qismini təmizləyəcək;

Əllərinizə sinən soğan quxusunu aradan qaldırmaq üçün əllərinizi duzla ovuşdurmağınız yetərlidir.