adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
07 Dekabr 2017 12:09
10455
GÜNDƏM
A- A+

Azərbaycanla Türkiyə arasında hərbi protokol imzalanıb

Bakıda keçirilən Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası işini başa çatdırıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən xəbərə görə, hərbi dialoq çərçivəsində işçi qrupları Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə əlaqələrin geniş spektrini nəzərdən keçirib, qarşıda duran tapşırıqların yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müəyyən ediblər.

Sonda Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Baş Qərargahı arasında Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının yekunlarına dair protokol imzalanıb.