ANA SƏHİFƏ / HADİSƏ

Salyanda kişi üç il əvvəl arvadını və 3 qızını öldürərək həyətdə basdırıb

1114    |   2017-12-07 09:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Salyanda itkin düşən ana və 3 qızın öldürüldüyü məlum olub.


Adalet.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, 3 il əvvəl itkin düşən Əliyeva Mehparə və qızları - Rəqibə, Sevda, İradənin meyiti tapılıb. Onları M. Əliyevanın əri, 1954-cü il təvəllüdlü Fərhad Əliyevin öldürdüyü, yaşadıqları evin həyətində basdırdığı müəyyənləşib. Bu işdə F. Əliyevə onun oğlu, 1989-cu il təvəllüdlü Fəqan Əliyevin kömək etdiyi bildirilir.

Aparılan istintaq tədbirləri nəticəsində cinayətin üstü açılıb. Hazırda meyitlərin basdırıldığı yerdən çıxarılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən tədbirlər həyata keçirilir. Ata və oğlu saxlanılıb.

Faktla bağlı Salyan Prokurorluğunda araşdırma aparılır.




İmza:
SON XƏBƏRLƏR
11.10.2017
11.10.2017
11.10.2017


VİDEO