Saakaşvilinin xanımının Bakı səfəri təxirə düşdü
Xəbər verdiyimiz kimi, Gürcüstanın eks-prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvilinin xanımı Sandra Rulofsun Bakıya səfəri təxirə salınıb.
Bu barədə Milli Fikir Mərkəzinin (MFM) sədri Şəhriyar Məcidzadə bildirib.
Buna səbəb isə Ukraynada baş verən hadisələrlə əlaqədar Sandra Rulofsun həyat yoldaşı Mixail Saakaşvilinin yanına yollanmasıdır.
"Bu gün bizimlə əlaqə yaradıb bildirdilər ki, təqdimatın müddətini başqa bir vaxtla əvəzləmək məcburiyyətindədilər.
Onun sözlərinə görə, tədbirin vaxtı dəqiqləşən kimi xüsusi qonaqlara yenidən dəvətnamə göndəriləcək.
Qeyd edək ki, Sandra Rulofs dekabrın 9-da Bakıya gələcəkdi.
Dekabrın 10-da isə Saakaşvilinin xanımının Bakıda "Bir idealistin hekayəsi” kitabının Azərbaycan dilinə tərcümə olunmuş variantının təqdimatının keçirilməsi nəzərdə tutulurdu.
Kitabı Azərbaycan dilinə Milli Fikir Mərkəzi tərcümə edib.(modern.az)