adalet.az header logo
  • Bakı 16°C
06 Dekabr 2017 17:30
20560
SİYASƏT
A- A+

Milli Məclisin komitəsi Qəbələdə konfrans keçirəcək

Dekabrın 7-də Qəbələ şəhərində Milli Məclisin Regional məsələlər komitəsinin, Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının və Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Azərbaycanda yerli özünüidarəetmənin inkişafı: mövcud vəziyyət və perspektivlər” mövzusunda konfrans keçiriləcək.

Tədbirdə "Yerli vergi və ödənişlərin yığılması təcrübəsi, bu sahədə bələdiyyələrin üzləşdiyi problemlər”, "Bələdiyyələrin fəaliyyətinin təşkilində informasiya-kommunikasiya texnologiyalarından istifadə və kadr təminatı”, "Bələdiyyə-vətəndaş münasibətlərinin inkişaf etdirilməsi, bələdiyyə fəaliyyətinin şəffaflığının və hesabatlılığının artırılması” barədə məruzələr dinləniləcək, mövzular ətrafında fikir mübadiləsi aparılacaq.

Konfransda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Ərazi-təşkilat şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov,Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Zahir Əlizadə və bələdiyyə sədrləri çıxış edəcək.

Azərbaycanda yerli özünüidarənin inkişafı sahəsində görülmüş işlər və qarşıda dayanan vəzifələr barədə fikirlərini bölüşəcəklər.