ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Mehriban Əliyeva Musiqi Məktəbinin yeni binasının açılışında

15576    |   2017-12-06 16:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dekabrın 6-da Bakıda Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbinin yeni binasının açılış mərasimi olub.

Adalet.az xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.

Birinci vitse-prezident Mehriban Əliyeva məktəb binasının rəmzi açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış oldu.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məktəbin yeni binasında görülən işlər barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya məlumat verdi.

Bildirildi ki, bu musiqi məktəbi 1967-ci ildən fəaliyyət göstərib. 1997-ci ildə Prezident Heydər Əliyevin Sərəncamı ilə məktəbə Leopold və Mstislav Rostropoviçlərin adı verilib. 2014-cü ildə məktəbin köhnə binası sökülərək yerində yenisinin inşasına başlanılıb.

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında mədəniyyət sahəsinin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 14 avqust tarixli Sərəncamına əsasən musiqi məktəbinin tikintisinin və təchizatının tamamlanması üçün vəsait ayrıldı. Qısa vaxt ərzində görülən işlər nəticəsində məktəb şagirdlərini yenidən qəbul etməyə hazırdır.

Birinci vitse-prezident Mehriban Əliyeva musiqi məktəbində yaradılan şəraitlə tanış oldu.

Hazırda bu məktəbdə 600 şagird təhsil alır. Onlara 114 müəllim – professor, Bakı Musiqi Akademiyasının müəllimləri, Əməkdar incəsənət xadimləri, Xalq artistləri sənətin sirlərini öyrədirlər. Musiqi məktəbində 110 yerlik akt zalı, 34 sinif otağı, habelə 5 inzibati otaq, kitabxana və səsyazma studiyası var. Məktəbin bütün avadanlığı və inventarı təzələnib, o cümlədən təhsil müəssisəsinə 12 royal, 24 fortepiano alınıb. Burada 7 yaşından təhsillərinə başlayan şagirdlər fortepiano, simli və nəfəs alətləri və xalq çalğı alətləri şöbələrində musiqi biliklərinə yiyələnirlər. Son 10 il ərzində məktəbin 23 şagirdi Prezident təqaüdünə layiq görülüb. Həmçinin son iki ildə məktəbin 25 şagirdi beynəlxalq və respublika müsabiqələrinin qalibi olub. Onların əksəriyyəti nadir ixtisaslar – saksofon, fleyta və trambon üzrə qalib olanlardır.

Bu gün musiqi məktəbinin məzunları Simfonik, Kamera orkestrlərində ifa edirlər, Musiqi Akademiyasında fəaliyyət göstərirlər. Vətəni Azərbaycanla hər zaman fəxr edən Mstislav Rostropoviç etiraf edirdi ki, onun enerjisinin sirri – genetika və Bakı iqlimindədir.

Azərbaycana olduqca bağlı olan dahi musiqiçinin xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaq. Musiqiçinin vətənində onu yad edir və sevirlər. Azərbaycan paytaxtında Rostropoviçin bir çox xatirə yerləri var. Bakıda Beynəlxalq Mstislav Rostropoviç festivalının keçirilməsi də bir ənənəyə çevrilib. Leopold və Mstislav Rostropoviçlərin adını daşıyan musiqi məktəbi isə bu dahi sənətkarın xatirəsinə hörmətin daha bir təzahürüdür.

Birinci vitse-prezident Mehriban Əliyeva məktəbin kollektivinə uğurlar arzuladı.




İmza:

Bakı Ali Neft Məktəbində “Nəsimi” filmi nümayiş olundu

Astanada Qara Qarayevin 100 illiyinə həsr olunan tədbir keçiriləcək

Xalça Muzeyində beynəlxalq konfrans olub

Marat Haqverdiyevin 80 illiyi qeyd olunacaq

Əbülfəs Qarayev şikayətləri dinlədi

Dahi bəstəkar Üzeyir Hacıbəylinin portretləri açıq səma altında yaradılacaq

Mingəçevir Dövlət Dram Teatrının əməkdaşları təltif edilib - ADLAR

Xəzər Gəncəliyə “Əməkdar artist” fəxri adı verildi

Prezident Sumqayıt Dövlət Dram Teatrının əməkdaşlarını təltif etdi - SİYAHI

“Aşıq Şəmşir bir nəslin, bir rayonun deyil, bütün Azərbaycanın dəyəri və qürurudur”

“Heç nəyə ehtiyacım yoxdur” - Xərçəngdən əziyyət çəkən aktrisa

Prezident və xanımı “Azərxalça” ASC-nin Lənkəran filialının açılışında

SON XƏBƏRLƏR
2018-10-24
2018-10-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK