Dilim dilim edilən dilimiz

NİCAT NOVRUZOĞLU
51922 | 2017-12-06 16:02

Atalarımızınbir misalı var: "dilim dilim olasan, dilim”. Qarğışlar silsiləsinə aid olan bumisal dilini idarəetməyənlər və ya dilinin güdazına düşənlər üçün çəkilir.Atalarımızın sözü olan bu qarğış deyəsən ümumilikdə bizi tutub. Təsadüfi deməyiblərki, ata qarğışı yaman olur. Bilmirəm bu qarğışdandır ya yox, hara baxırsandilimiz dilimlənir. Ekranda, radioda, qəzetdə və s. Bu gün reklamlarımızda dilimlənən dilimizdən söhbətaçacam.

Öncə qeydedim ki, ölkədə Ana dilimizlə bağlı bir xeyli qanunlarımız var. Elə biri Aliqanunumuz sayılan Azərbaycan Respublikasının Konstitusiyası. Bu Ali qanunumuzunmaddələrinin içərisində bir maddə var - 21-ci maddə. Bu maddə dövlət dili iləbağlıdır. Maddədə deyilir: "Azərbaycan Respublikasının dövlət dili Azərbaycandilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”.


Aliqanunumuzdan başqa dövlət dilimizlə bağlı xüsusi bir qanunumuz davar-Azərbaycan Respublikasında Dövlət Dili Haqqında Qanun.. Mən bu qanunun7-ci maddəsində (Dövlət dilininxidmət sahələrində, reklam və elanlarda işlənməsi) bildirilir ki, AzərbaycanRespublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlətdili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmətsahələrində dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilər. Zərurihallardaelanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair)dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onlarıntutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalıvə Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir.Reklamvericinin tələbinə əsasən reklamqurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan Respublikasının dövlətdili ilə yanaşı digər dillərdən istifadə oluna bilər. Bu halda xarici dildəolan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilindəolan mətnin tutduğu sahədən kiçik olmalı və reklamın yerləşdiyi ümumi sahəninüçdə birindən çox olmamalıdır.

Bütün bu yuxarıda qeydetdiklərimiz və etmədiklərimiz bunu deməyə əsas verir ki, ölkəmizdə Ana dilimizləbağlı lazım olacaq qədər qanuni bazavar. Amma əfsuslar olsun ki, bu müddəalara əməl etməyənlər, Ana dilimizidilimləyənlər hansısa cüzi maraqlarının təsiri altına düşüb qanunlarımızı,onların ortaya qoyduğu tələbləri tapdalayırlar.


Bu gün paytaxtımızın hansıküçəsində addımlasaq bunu şahidi olarıq.Ticarət və ictimai iaşə obyektlərinin əksəriyyətinin üzərindəki lövhələrdəəcnəbi dillərdə adlar mövcuddur. Biz çox uzağa getmədik. Elə redaksiyamızınyerləşdiyi Mətbuat prospektində bir gəzişmə etdik. Keçmiş "Qələbə”kinoteatrının qarşısından Azərbaycan Nəşriyyatınacan olan məsafədəgördüklərimizi ölümsüzləşdirdik. Bu kiçik məsafədə demək olar ki, bütünobyektlərin üzərinə vurulan lövhələr başqa-başqa dillərdə yazılmışdı. Bu əcnəbidildə yazılan lövhələrlə onlar mallarının hansısa brendə aid olduğunu və yayüksək keyfiyyətli mallar satdıqlarına işarə edirlər. Öz dilimiz yox idi bulövhələrin üzərində. Olsa da çox balaca həcmdə idi. Yəni gözdən pərdə asmaqüçün bunu etmişdilər.

Dilin də üstündən pərdə asarlar?Pərdələnə -pərdələnə getsək axır bir gün bizim özümüzü də pərdələyə bilərlər.


Bəzən lövhəyə yazılmış sözlərin nəməna daşıdığını o obyektlərin sahiblərindən soruşanda elə qürurla tərcüməsinideyirlər ki, elə bil ki, dünyanı fəth ediblər. Öz dilini bilməyən, onadırnaqarası baxan, əcnəbi dili bilərək lovğalanan və o dili bildikləriniaddımbaşı gözümüzə soxanları gördükdə çıxılmaz vəziyyətə düşürəm.

Heç kəs elə bir bəhanə gətirəbilməz ki, ona Ana Dilimizi pərdələdiyinə görə haqq qazandıraq. Nə maddiqazanc, nə ölkəmizə gəlib-gedən əcnəbilərin çoxalması faktoru buna səbəb olabilməz. Ölkə də o qədər öz azərbaycan dilində adlar qoyulmuş obyektlər var ki,qapısında müştəri əlindən tərpənmək olmur. Adi restoranlarımızı götürək:Qabırğa, Narşərab, Manqal, Ay qonşu, Pəncərə və s. Bunlar adlarını öz dilimizdəqoyub acından ölmürlər ki?! Bəs Sizə nə düşüb ki, bu əcnəbi adları həraddımbaşı gözümüzə soxursuz?!

Bəzən sahibkarlar, işbazlarəcnəbilərlə bağlıyırlar bu adları. Bəli, statistika deyir ki, bu il ölkəmizəgələn əcnəbilərin sayı ötən illər gələnlərin sayından nəzərə çarpacaq rəqəmləfərqlənir. Yəni bu il daha çox gəliblər. Bu, müsbət haldır. Ancaq bu o deməkdeyil ki, biz Ana dilimizi onların xərclədiyi pullara qurban verməliyik. Görəsən,nəcnəbilərqarşısında (oxu: pul qarşısında) belə asanlıqla əzilib-büzülənlər qanunqarşısındakı məsuliyyətlərini niyə dərk etmirlər?!

Qanunvericilikdə bir məqam var.Yayılan məlumatın məzmunu qanunun tələblərinə uyğunolmayanda bunu yayan AzərbaycanRespublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan RespublikasınınCinayət Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğunolaraq məsuliyyət daşıyır. Bu məsuliyyətin dərəcəsini yazmaq istəmirəm. Mənistəyirəm ki, içinizdə özünüzü mühakimə edəsiniz. İçinizdə öz məsuliyyətinizidərk edəsiniz. İçinizdə özünüzü tanıyasınız. Birdəfəlik biləsiniz ki, SizAZƏRBAYCANLISINIZ. Və Sizin Ana diliniz AZƏRBAYCAN DİLİDİR.



TƏQVİM / ARXİV