adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
06 Dekabr 2017 15:48
22763
MƏDƏNİYYƏT
A- A+

MUSİQİMİZİN BÖYÜK CƏFAKEŞİ

Onun adı təkcə Qarabağda deyil, bütün Azərbaycanda, eləcə də keçmiş Sovetlər Birliyində «Qarabağ bülbülləri» ilə yanaşı çəkilib. Çünki o, hamımızın müsiqimizə, mədəniyyətimizə «Qarabağ bülbülləri»ni bəxş edibdi. Özü də tər çiçək kimi. Və bu bülbüllərin cəh-cəhi hər kəsi ayağa qalxmağa, əl boyda uşaqları ayaqüstə alqışlamağa vadar edibdi…

Barəsində danışdığımız Murad Yunis oğlu Rzayev 1947-ci ilin dekabr ayının 7-də Ağdam rayonunda doğulub. Düz 70 il bundan öncə dünyaya Murad adıyla gələn bir oğul xalqımıza, xüsusilə musiqimizə ümid, murad bəxş edib, onu cilalayıb, onu sevdirib. Təkcə öz bəstələri, impravizələri ilə deyil, həm də sənət dünyamıza istiqamətləndirdiyi bir-birindən gözəl səslərlə Murad Rzayev özünün mükəmməl ovqatını yaradıb musiqisevərlərin qəlbində. Onun adına yazılmış yüzlərlə fəxri fərmanlar, diplomlar, döş nişanları, hədiyyələr, adların imza yerində SSRİ-nin, sonra isə müstəqil Azərbaycanın ən önəmli simalarının, ən böyük təşkilatlarının adı möhürlənibdi.

Bu gün 70 yaşını qeyd etdiyimiz Murad Rzayevin bəstələrini xalq artistlərimiz, Qədir Rüstəmov, Flora Kərimova, Mirzə Babayev, Oqtay Ağayev, əməkdar artistlərimiz Zöhrə Abdullayeva, Teymur Əmrah bu mahnılara Murad müəllimin musiqi sevgisini, torpağa sonsuz məhəbbətini, xalqımıza tükənməz dualarını hopdurubdu. Elə ona görə də musiqisevərlər Murad müəllimin 70 yaşını böyük ürəklə qeyd edirlər. Biz də hamımıza doğma olan «Qarabağ bülbülləri» ansamblının yaradıcısı və bədii rəhbəri Murad Rzayevi ürəkdən təbrik edir, «70 yaşın mübarək olsun!» deyirik.

Hörmətlə:

Millət vəkili Aqil Abbas və «Ədalət» qəzetinin kollektivi