adalet.az header logo
  • Bakı 20°C
06 Dekabr 2017 17:21
10952
MƏMLƏKƏT
A- A+

10 min tondan çox pambıq yığan rayonlar - SİYAHI

Dekabrın 6-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 197 min 715 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən Adalet.az-a verilən məlumatda bildirilib ki, ötən gün 694,51 ton pambıq tədarük edilib.

Ən çox pambıq Saatlı rayonunda tədarük edilib. Pambıqçılar bu vaxtadək 25 min 396 ton pambıq təhvil veriblər. Ümumilikdə isə 10 min tondan çox pambıq tədarük edən rayonların sırasına Biləsuvar, Bərdə, Ağcabədi, Sabirabad, Beyləqan və İmişli daxildir.