ANA SƏHİFƏ / GÜNDƏM

Gürcüstanla startapların inkişafı üzrə memorandum imzalanıb

3574    |   2017-12-06 15:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Gürcüstanla startapların inkişafı üzrə memorandum imzalanıb.

Bu barədə Adalet.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə Əlaqələr Sektorundan məlumat verilib.

Bakıda keçirilən "Bakutel - 2017” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki "Yüksək Texnologiyalar Parkı” və Gürcüstanın İnnovasiya və Texnologiya Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.

Anlaşma Memorandumunun məqsədi müəssisələr arasında əməkdaşlığın daha da genişləndirilməsi, iki ölkə startaplarının, innovatorların fəaliyyətinə dəstək və beynəlxalq arenaya çıxışına köməklik göstərməkdir.

Eyni zamanda, memorandum biznes forum, təlim və görüşlərin təşkilini, elm müəssisələri arasında və əqli mülkiyyət sahəsində əməkdaşlığı, innovasiya, texnologiya, elmi-tədqiqatların nəticələrinin kommersiyalaşdırılması üzrə təcrübə mübadiləsini ehtiva edir.




İmza:
SON XƏBƏRLƏR
2018-06-22
17:29 ÜMİD
15:24 İNSAN


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (22.23%)
Argentina (11.11%)
İspaniya (22.22%)
Almanıya (44.44%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK