adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
06 Dekabr 2017 16:21
14501
İDMAN
A- A+

AFFA “Qarabağ”ı cərimələdi

AFFA "Qarabağ” futbol klubunu 800 manat cərimələyib.

AFFA-dan Adalet.az-a verilən məlumata görə, klub Azərbaycan Premyer Liqasının XIV turunun "Neftçi” ilə qarşılaşmasının 26-cı dəqiqəsində azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə cərimələnib.

Qeyd edək ki, qarşılaşma "Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.