adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Onun özü və sözü

NİZAMİ CƏFƏROV
19761 | 2013-03-20 01:46

Aqil Abbas, hər şeydən əvvəl, istedadlıİnsandır, sonra istedadlı yazıçı - qələm adamıdır, sonra isə istedadlı ictimaixadim - millət vəkilidir. Keçən əsrinyetmişinci illərinin sonu, səksəninci illərinin əvvəllərindən Aqili hansıenerjidə, hansı ünsiyyətlilikdə və hansı səmimiyyətdə görmüşəmsə, bü gün dəelədir. Ancaq təbii ki, yaş artdıqca bu gözəl xüsusiyyətlərin üstünə müdriklik,təmkinlilik və həyat harmoniyası da gəlir.

...Azərbaycan(indiki Bakı) Dövlət Universitetinin filologiya fakültəsində mənim tələbəlikillərim başlayanda Aqil Abbas artıq həmin fakültənin məzunu idi, ancaqtələbələr də, müəllimlər də hələ ondan - istedadından, mehribanlığından,qeyri-adi bir diplom işi müdafiə etməsindən, ümumiyyətlə, qeyri-adiliyindəndanışırdılar. Və özü də tez-tez fakültədə görünür, tələsik, bir qədər də çılğınhərəkətlərlə ora-bura qaçır, tanışları, dostları ilə görüşüb söhbət edirdi.Təhsilini başa vursa da, sanki doğma fakültədən ayrılmaq istəmirdi.

Aqil ondamodern dəbdə "cins" paltar geyinirdi, uzun saç saxlayırdı, o zamankıdemokratik (antisovet) qələm adamlarına oxşayan ədaları vardı. Hər şeyi təbiibir həyəcanla, emosionallıqla şərh edir, hər hansı hadisəyə münasibətbildirməkdən çəkinmirdi. Mənə elə gəlirdi ki, Aqil yalnız təhsil almayıb, çoxoxumayıb, həm də öz fitri istedadı ilə dünyanı dərk edib.

Yaradıcılığagənc yaşlarından başlasa da, ilk hekayəsi olan "Şirinlik" 1976-cıildə "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunmuşdu. Ancaq onayazıçı şöhrətini (və titulunu!) "Evləri köndələn yar" povestigətirdi. Mənim yadımdadır ki, 80-ci illərin əvvəllərində meydana çıxan bu əsərədəbi-ictimai mühitdə nə qədər geniş rezonans verdi, böyük xalq sənətkarı QədirRüstəmova, onun şəxsiyyətinə, sənətinədiqqəti nə qədər cəlb elədi və ona (hələ sağlığında!) necə əzəmətli bir abidəqoydu. Bu əsərlə Aqil sübut etdi ki, o, ədəbiyyatda təsadüfi adam deyil,əksinə, ədəbiyyata yeni mövzular, yeni ideyalar, özünəməxsus yeni detal vətəfərrüatlar, üslub-intonasiya gətirməyə qadir bir yazıçıdır.

Və belə dəoldu...

Səksəninciillərin ortalarında çıxan "Ən xoşbəxt adam" povest və hekayələrkitabından sonra"Batmanqılınc" romanı meydana gəldi. Bu əsər "Evləri köndələnyar"dan sonra Aqil Abbasın yazıçılıqda ikinci böyük uğuru idi. Və mənə eləgəlir ki, Aqil "Batmanqılınc"ı bütün şüurlu həyatı boyu yazmışdı...Qarabağın müəllifə tanış (və doğma!) olan siyasi, ictimai, mənəvi tarixi,Məhəmməd bəy Cavanşirin qeyri- adi həyatı, mübarizələri, heç şübhəsiz, çox gəncyaşlarından gələcək yazıçının yaddaşına hopmuş, romanın mövzusuna çevrilməküçün münasib yaradıcılıq məqamı, təcrübəsi (və səviyyəsi!) gözləmişdi.

Əlbəttə,Aqil Abbas, sözün konkret mənasında, tarixçi deyil, bununla belə milli tarixinruhunu, etnoqrafiyasını (və metafizikasını!) dərindən bilən, duyanyazıçı-ziyalıdır. O, tarixdə bu günü, bu gündə tarixi görə, çeşidləyə vətarixin gedişindən düzgün nəticələrçıxara, ümumiləşdirmələr apara bilir. Onunyazıçı-ziyalı intuisiyası, genişmiqyaslı ictimai-ideoloji təfəkkürütarixi hadisələrin məntiqini dərketməyi, onları saf-çürük edib qiymətləndirməyi, tarixi şəxsiyyətlərinmövqeyini, rolunu dəyərləndirməyi bacarır. Və Aqil Abbas keçmişdən yazanda"hesabdarlıq" etmir, xronologiyada azmır, tarixin fəlsəfəsinə nüfuzetməyə çalışır ki, əsl yazıçı üçün bu, çox vacibdir.

Yeni əsrinvə yeni minilliyin ilk ilində - 2001-ci ildə Aqil Abbasın "Çadırda ÜzeyirHacıbəyov doğula bilməz" kitabı nəşr olundu. Bu kitabın həm adı, həm dəburada getmiş roman və publisistik yazıların ideya-məzmunu ədəbi-ictimaimühitdə müəyyən maraq doğurmaya bilməzdi. Doğma Qarabağı övlad məhəbbəti iləürəkdən sevən yazıçı-publisist Azərbaycana (və dünyaya) böyük mədəniyyətxadimləri bəxş etmiş Vətəninin gələcəyindən ziyalı narahatlığını bildirir,göstərir ki, erməni faşistləri (və onların havadarları) yalnız Azərbaycan torpaqlarını işğal etməmişlər, onlar həm də(və bəlkə də daha çox) milli mənəviyyatımıza, mədəniyyətimizə, təbiiyaradıcılıq potensialımıza (və fitri istedad coğrafiyamıza!) təcavüz etmişlər.

AqilAbbasın publisistikası, ümumən jurnalistlik fəaliyyəti, elə bilirəm ki, onunyaradıcı şəxsiyyətini (ümumən şəxsiyyətini!) müəyyənləşdirən ən mühüm göstəricilərdən biridir. Keçən əsrin90-cı illərinin əvvəllərindən nəşr etməyə başladığı, iyirmi ildən artıqdır ki,Azərbaycan mətbuatının populyar bir orqanı kimi işıq üzü görən (və get-gedəməşhurlaşan) "Ədalət" qəzeti də Aqil Abbasın yaradıcılıq məhsulu,dəyərli əsəridir. Ölkənin ictimai-siyasi, mədəni, o cümlədən ədəbi həyatınıfəal əks etdirən, demokratik fikrin, polemik ruhun, müstəqil düşüncəninyayılmasına meydan açan bu qəzetin ardıcıl milli (və dövlətçilik!) mövqeyi onunbaş redaktorunun vətəndaş-ziyalı ideallarınınifadəsidir.

AqilAbbasın son illərdə qələmə aldığı əsərlər içərisində "Dolu" romanıxüsusi yer tutur. Və mənə elə gəlir ki, bu roman Qarabağın yeni tarixibarədə yazılmış ən dəyərli əsərlərdənbiri (bəlkə də birincisi)dir.

Bir neçə ilbundan əvvəl roman haqqında yazdığım birməqalədə onu müasir ədəbiyyatımızın "Qarabağnamə"si adlandırmışdım.

"Dolu"dayazıçı klassik süjet qurmaqdan demək olar ki, imtina edir, burada müharibə üçünsəciyyəvi olan impulsiv əhvalatlar, hadisələrin qısa bir müddətdə yaratdığıqəhrəmanlar, yaxud antiqəhrəmanlar, başlıcası isə dinamik bir mənzərə var. AqilAbbas Dünyanın Ən Varlı Şəhərinin - Ağdamın, ümumən Qarabağın həm müdafiəsində,həm də işğalında hansı sosial-siyasi amillərin hansı səviyyədə iştiraketdiyini, hansı hərc-mərclik olduğunu peşəkar bir yazıçı-mütəfəkkir,cəmiyyətşünas qələmi (və istedadı) ilə analitik təhlildən keçirir. İnsantaleləri, etnoqrafik-ictimai həyatın təbəddülatları, irimiqyaslı bir aqressiya,qəddarlıq qarşısında tənha, köməksiz və çaşqın qalan milli ruh və s... Bütünbunlar "Dolu"nun aydın (və mükəmməl!) bədii təfərrüatı, yaxudştrixləri ilə təqdim olunmuş obrazlarıdır.

Ən mükəmməlobraz - Qəhrəman isə, şübhəsiz, Dünyanın Ən Varlı Şəhəridir.

Aqil Abbas"Dolu" romanında, eləcə də son illərdə qələmə aldığı romanlarda nəqədər analitik, hadisələrin mahiyyətinə, hətta genotipinə varandırsa, bir oqədər də üslub baxımından modernistdir.Və nə qədər modernistdirsə, bir o qədər də obyektivdir, tendensiyasızdır,cəsarətlidir.

Müəllif buqərara gəlir ki, Qarabağın işğalının qarşısını o zaman almaq mümkün deyildi. Hətta bölgəninən vətənpərvər övladları bir yerə yığışsa belə... İlk baxışdan paradoksalgörünsə də, bu qənaətdə kifayət qədər böyükhəqiqət var... Niyə?.. Ona görə ki, müstəqil, güclü (və milli!) dövlətolmayan yerdə bütöv məmləkət yoxdur; tarixi-etnoqrafik simasını,özünəməxsusluğunu qoruyub saxlamağa qadir bölgə də həmişə təhlükə altındadır,müdafiəsizdir.

VəQarabağın taleyini məhz Azərbaycan dövləti həll edəcəkdir!

Romanəsasında çəkilmiş bədii filmin uğuru da göstərdi ki, "Dolu" canlı,bədii-estetik və ictimai təfəkkürümüzü zənginləşdirən, ədəbiyyat (və sənət)tariximizdə yeri olan əsərdir.

Aqilinyazıçı istedadını təmin edən əsas xüsusiyyətlərdən biri, artıq qeyd edildiyikimi, onun ünsiyyətcilliyi, ətrafındakı insanları, xüsusən əsərlərinin gələcəkqəhrəmanlarının prototiplərini yaxşı tanıması, ictimai həyatın, proseslərindərinliklərinə bələd olmasıdır. Hərdən mənə elə gəlir ki, Azərbaycanda az-çoxtanınan elə bir adam yoxdur ki, Aqilin onunla yaxın münasibəti və ya dostluğuolmasın. Xüsusilə dünyaya gəldiyi Ağcabədi, ümumən Qarabağ camaatıiçərisində... Aqilin ictimai xadim (İnsan!) olaraq bir üstünlüyü də odur ki,köməyə ehtiyacı olanın arxasınca getməyə, ona arxa-dayaq durmağa, yolundanazana yol göstərməyə qadir olan ürəkli kişidir, böyük təəssübkeşdir. Elə onagörə də həmyerliləri etimad göstərərək Aqil Abbası artıq ikinci dəfədirki, millət vəkili seçirlər.

Parlamentinüzvü olaraq Aqil Abbas kifayət qədər böyük nüfuza malikdir. O, Parlamentiniclaslarında yeri gəldi-gəlmədi tez-tez söz alıb fikir bildirən, "fəallıqgöstərən" millət vəkillərindən deyil. Gənclik dövrünün emosionallığınıqoruyub saxlasa da, ən zəruri hallarda, yalnız onun deyəcəyi sözü deməyinmeydanı, məqamı gələndə söz alır. Və dediyi sözün də, demək olar ki, həmişərezonansı, faydası olur.

Aqil Abbaskifayət qədər gənc yaşlarından etibarən insan, yazıçı və ictimai xadim kimicəmiyyətin təsəvvüründə öz bütöv obrazını yaratmağa başlamışdır. Altmışınaçatdığı bu günlərdə isə həmin obraz olduqca parlaq (və mükəmməl!) görünür.

Məhz Aqilkimi hərtərəfli qabiliyyətli insanlar barəsində deyirlər ki, onunla istənilənməqamda düşmən üzərinə getmək (və qalib gəlmək!) olar... Əlbəttə, böyük(ümummilli!) idealların təntənəsi naminə...

"Azərbaycan"qəzeti

19 mart2013

NizamiCƏFƏROV, professor,AMEA-nın müxbirüzvü, əməkdar elm xadimi,Milli Məclisin deputatı

TƏQVİM / ARXİV