adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
06 Dekabr 2017 16:00
23505
MƏDƏNİYYƏT
A- A+

Azərbaycanlı kinorejissor vəfat etdi

Kinorejissor, aktyor, kaskadyor Nadir Müqbilov vəfat edib.

Adalet.az-ın Azərbaycan Kinorejissorlar Gildiyasına istinadən verdiyi xəbərə görə, Nadir Müqbilov uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Nadir Müqbilov 1963-cü ildə doğulub. "Azərbaycanfilm” kinostudiyasında çalışıb. "Şəhərli biçinçilər” (1986), Axırıncı reys (1989), "Gecə qatarında qətl” (1990), Hökm (1994-neftçi Babək rolunda) "Son döyüş” (1996-Nadir rolunda), "Günaydın, mələyim!” (2008), "Prokuror” (2008), "Cavad xan” (2009) filmlərində müxtəlif vəzifələrdə iştirak edib.