ANA SƏHİFƏ / ŞOU-BİZNES

Fəxriyyə Xələfova Rusiyada nüfuzlu mükafat aldı

12024    |   2017-12-06 14:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Fəxriyyə Xələfova Rusiyanın nüfuzlu mükafatına layiq görülüb.

Adalet.az xəbər verir ki, 5 dekabrda, Sankt-Peterburqda təntənəli tədbirlər çərçivəsində "İncəsənətə Xidmət” ordeninin təqdimolunma mərasimi keçirilib.

Mükafatlandırma mərasimində azərbaycanlı rəssam-modelyer, parfümer, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti, "Fakhriya Khalafova” moda evinin təsisçisi Fəxriyyə Xələfova "İncəsənətə Xidmət" ordeni ilə təltif edilib. Bu barədə F.Xələfova sosial şəbəkədə özü məlumat verib.

Məlumat üçün bildirək ki, bu orden Rusiyanın estetik ənənələrinin qorunub saxlanmasına əvəzsiz töhfələri olan və bütün dünyada yüksək ictimai nüfuz qazanan görkəmli mədəniyyət və incəsənət xadimlərinə təqdim olunur. Mükafat xeyriyyə aksiyalarının, konsertlərinin təşkilinə və keçirilməsinə, həmçinin xeyriyyəçiliyin inkişafı və Yer Üzündə sülhün möhkəmləndirilməsinə görə verilir.




İmza:
SON XƏBƏRLƏR
2018-05-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Çempionlar Liqasının qalibi hansı komanda olacaq?

"Real" Madrid (53.85%)
"Liverpul" (46.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kürəkən qayınanasına SMS yazır:
- Sizin istehsal etdiyiniz məhsul (qızını nəzərdə tutur) zaydır, heç bir işə yaramır. Nə yemək bişirə bilir, nə də paltar ütüləyə bilir.
Qayınana cavab yazır:
- Məhsul neçə il bundan əvvəl satıldığına görə, istehsalçı məsuliyyət daşımır...




digər lətifələr
ARXİV
FACEBOOK