adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
06 Dekabr 2017 14:51
24520
ŞOU-BİZNES
A- A+

Fəxriyyə Xələfova Rusiyada nüfuzlu mükafat aldı

Fəxriyyə Xələfova Rusiyanın nüfuzlu mükafatına layiq görülüb.

Adalet.az xəbər verir ki, 5 dekabrda, Sankt-Peterburqda təntənəli tədbirlər çərçivəsində "İncəsənətə Xidmət” ordeninin təqdimolunma mərasimi keçirilib.

Mükafatlandırma mərasimində azərbaycanlı rəssam-modelyer, parfümer, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti, "Fakhriya Khalafova” moda evinin təsisçisi Fəxriyyə Xələfova "İncəsənətə Xidmət" ordeni ilə təltif edilib. Bu barədə F.Xələfova sosial şəbəkədə özü məlumat verib.

Məlumat üçün bildirək ki, bu orden Rusiyanın estetik ənənələrinin qorunub saxlanmasına əvəzsiz töhfələri olan və bütün dünyada yüksək ictimai nüfuz qazanan görkəmli mədəniyyət və incəsənət xadimlərinə təqdim olunur. Mükafat xeyriyyə aksiyalarının, konsertlərinin təşkilinə və keçirilməsinə, həmçinin xeyriyyəçiliyin inkişafı və Yer Üzündə sülhün möhkəmləndirilməsinə görə verilir.