GÜNÜN GERÇƏK ÜZÜ…

ƏBÜLFƏT MƏDƏTOĞLU
84370 | 2013-03-20 01:44
İlin sonçərşənbəsinə açılan səhəri demək olar ki, ürək sıxıntısı ilə, çox dalğınduyğularla qarşıladım. Daha doğrusu, bu səhər mənim üzümə belə açıldı. Axşamınxoş əhval-ruhiyyəsindən demək olar ki, heç nə qalmamışdı. Bütün günü şəhəribaşına çevirən, altını üst edən dəli külək, tozanaq ara versə də, onun yerindəsanki mənim üçün kütləşmiş, halsızlaşmış, duyğularını nizamlıya bilməyən birürək qoyub getmişdi. Nə qədər çalışsam da son çərşənbəyə açılan bu səhərdən xoşimpulslar ala bilmirdim, aura məni sıxırdı. Amma...g

Mən bir günöncə yazacağım yazını demək olar ki, bütünlüklə yaddaş kompüterimdə çapetmişdim. Ona görə də içimdə bir rahatlıq hakim idi. Düşünürdüm ki, sonçərşənbə günü bilgisayara diktə edəcəyim yazı üçün sadəcə mənə qısaca bir zaman kəsiyi lazım olacaq və Allahınköməyi və eləcə də bilgisayar yazarımız Gülər xanımın sürətli yazısı iləöncədən yaddaşımda olanı "Ədalət"in səhifəsinə çıxaracam. Təəssüf ki,belə olmadı...

Bəli, fələkheç vaxt biz sayanları saymır. Onun öz hesab kitabı var. Bəzən saymağa ya sondan başlayır, ya da ortadan.Heç kim də ona sıra sayını gözləməyi, ona əməl etməyi diktə etmək gücündədeyil. necə deyərlər, özü öz istəyinin ağasıdı. Elə görünür buna görə dəfələkdi - adı da, özü də! Bax, elə bunu bilə-bilə, bunu anlaya-anlaya, bunugörə-görə də biz nədənsə özümüzü, ətrafımızı heç vaxt diqqətdə saxlamırıq,nəzərə almırıq. Unuduruq ki, fələyin at oynatdığı dünyada hər anın da hökmü varvə biz də o hökmə tabeyik. Bu mənada mənim öncədən fikirləşdiklərim, bəziməqamları nəzərə almadığım üçün, doğulmamış, daha doğrusu, ürəyimdə doğulub,yaddaşımda yazılıb və özümdən başqa digər bir Tanrı bəndəsinə bəlli olmayanyazım da eləcə silindi, soldu, öldü getdi. Bir də onun nə vaxtsa yenidənyazılması mümkün deyil. Axı bütün yazılar bir dəfə yazılır. Sadəcə, bir dəfəyazılan yazıları korrektə, redaktə etmək mümkündü, onu da hər adam bacarmır...

Hə, bu dason çərşənbə günü... Verilən proqnozlara görə, hələ azı beş il də Novruzungəlişi mart ayının 20-nə düşəcək.Deməli, son çərşənbə tonqalından atlanandaözümüz də bilmədən Novruza qədəm qoyacağıq, Bahara qovuşağacıq. Yeniilin, yeni günün nə qədər xoş, önəmli olduğunu isə hər kəs özü-özlüyündə, özdünyasında, öz ölçülərində görəcək. Çünki biz tonqallardan da öz boyumuzuzunluqda atlanırıq. Boyundan hündür atlananların aqibətləri göz önündədir.Yəni heç də həmişə yaxşı olmur. Ona görə də boyumuzun ölçüsünü bilsək də,bilməsək də atlandığımız tonqalın ağrı-acımızı, dərd-kədərimizi yandırıb küledəcəyinə mütləq inanmalıyıq. İnamsız yaşamaq həmin o ağrılara-acılara,ümidsizliyə boyun əymək kimi bir şeydi. Boyun əydinsə, onda təkcə içində deyil,hətta çevrəndə də tonqal qalasalar da isinməyəcəksən...

İndi bubir-birinə dolaşmış, az qala mənasız mükalimə təsiri bağışlayan cümlələrinbilgisayara yazıldığı anda hardansa mənə elə gəldi ki, öz ovqatımla təkcəözümü, iç dünyamı deyil, həm də oxucuların da, məni oxuyanların da ovqatına biraz narahatlıq toxumu sərdik. Adamların əhvalında bir balaca dilxorçuluqyaratdım. Ona görə də köhnə kişilər demiş, valı dəyişməyə üz tuturam. Axı sizbu yazını oxuyanda məmləkətimiz bahar günlərini yaşamağa başlayacaq.Pəncərələrdən, qapılardan otağa dolan bahar havası ömrünüzün baharlı günlərininilk səhifəsi, ilk yarpağı olacaqdı. Bu gözəldir, özü də lap gözəldir. Hər şeyinilki gözəl olduğu kimi, sevginin də ilki unudulmazdır. Belə deyiblər, beləyazıblar... belə görmüşük, belə görürük... Yəqin ki, həmişə də belə olacaq.

MəndənMəcnun olmaz- olsa inanın

Mələkləradını dəyişər onda...

Bütüngözəlliklər çəkilər göyə-

Bu yer dədadını dəyişər onda...

Dünyanınrəngini adamlar seçir

İndiadamların başı dərddədi...

Adamlardoğulur, adamlar köçür

Məntiqdüşüncədə, məna şərtdədi...

Mələklərbaşını itirir hərdən

MənimMəcnun olmaq istəyim dinir...

Qopuböz-özündən, qopub bu yerdən-

Ürək Məcnunolmaq dalınca gəlir...

Dünyamələklərin xeyir-şər yeri

Mən dənöqtə boyda yer arayıram.

Mələklər,siz məni imtahan edin-

GörünMəcnunluğa mən yarayıram?!.

***

Hə, valıdəyişəndən sonra sözün ip ucunu ətrafımdakı doğmalardan almağa başlayıram. Otağadaxil olan qızların gətirdikləri bayram şirniyyatları adamın əhvalınıyavaş-yavaş sarı sim üstə kökləyir. Bu, sadəcə xanım qızların əl qabiliyyətideyil, həm də bayram ovqatı və bir də onlarla birlikdə çalışan, bir ailəyəçevrilən qarşı cinsə olan diqqətləridi. Belə münasibətdə bayramı lap boş süfrəilə də keçirmək olar. Çünki bu qızların təkcə adları özü-özlüyündə artıq birovqat, bir bolluq-bərəkət, bir səmimiyyətdi. İnanmırsınızsa, adların sırasınabaxın: Mehriban, Gülər, Vüsalə!

Hər halda,mehribançılığın, gülüşün sonda vüsala qovuşması elə özü bayram torbamızaqoyulmuş ən gözəl paydı. Allah bütün evlərin belə gözəl paylarını çox etsin vəonlar da öz gözəllikləri ilə öz gözəl qismətlərinə qovuşsunlar!

Deməli, hərağızda bir dua var deyiblər. Elə biz də həmin duaların işığında könlümüzdənkeçənləri açıb qoyduq ortaya. Axı bütün gizlinlər gec-tez faş olur. Əgər buçərşənbə gecəsində də içimizlə çölümüz, ürəyimizlə dilimiz üst-üstə düşmürsə,yanaşı getmirsə, onda diləklərimizin boğazdan yuxarı olduğu mütləq bəlliolacaq. Ən azı kimlərsə qapı pusanda, kimlərsə yastığının altına bıçaqdan,qayçıdan nə isə qoyub yatanda, ya da fal açanda... onda hər şeyi biləcək. Bax,bəri başdan gerçəyi, səmimiyyəti söyləmək daha gözəldir, daha dürüst qərardı...Mən də məhz həmin o dürüstlüyü bayraq edib onun dalğalanmasına göz qoya-qoyaiçimdə göyərtdiyim, dilimə gətirdiyim şair duasını söz adamının xoş niyyətikimi bilgisayara diktə etdim. Bununda iki əsas səbəbi var idi. Birincisi,duanın həqiqətən ürəyimdən gəlməsi, ikincisi, bu dünyada səmimiyyətdən başqaheç nəyin hamı tərəfindən qəbul edilməməsidi. Yəni nə qədər gizləsən də,gizlənsən də mütləq üzündəki pərdə götürüləcək. Ona görə də üzündəki pərdəniözünün götürməyin və ümumiyyətlə, olduğun kimi görünməyin daha dürüstü, dahaağıllı bir seçimdi...

Hə, indibiz baharın ilk səhərini yaşamağa başlayırıq və yaşamağa başladığımız busəhərin bayram ovqatı da bizim üçün təkcə yeni səhifə, yeni yazı-pozu, yeni işgünü deyil. Bu həm də ruhun, duyğuların,hətta damarda qanın yenilənməsi, təzələnməsi deməkdir. Həmin təzəlik isə hərşeyin ilki kimi gözəl olan ilk sevginin də gözəlliyini yaddaşda təzələyir,xatirələrdə yaşadır və pıçıldayır.

Demə boşkeçirmişəm

Neçə ayı,ili mən.

Hələ ki,öyrənirəm -

Sən danışandili mən.

Yuxuları qovurub

Dan üzünəsovurub

Öz içindəovulub-

Solangördüm gülü mən!

O səspırıl-pırıldı

Bulandı,gah duruldu...

Düşdüsim-sim qırıldı-

Yerdətapdım zili mən...

Sinəm üstüoylağın

Nazdı ürəksoymağın

Dincəldiyinyaylağın-

Torpağımən, gili mən.

***

Hə, yazınınəvvəlində ovqatdan danışdım, əhval-ruhiyyəni xatırlatdım. Çox şükürlər ki,səmimiyyət ilk cümləmdəki ovqatı pərən-pərən saldı. Necə deyərlər, bir az buludavazıdı, bir az günəş göründü, bir az da...

Hə, bir azda özümün özümə daxili iradlarım köməyə çatdı.Elə həmin saydıqlarımın da ətəyindən tutub baharın ilk yazısını davam etdirməkvə bu ilk yazının da bəxtinin bahar ətirli olması üçün söz dünyasındagəzişmələr etməyə başladım. Yadıma böyük Səməd Vurğunun misraları düşdü. Sonraxoş gələn baharın tərifini yazmış digər söz adamlarımız - Süleyman Rüstəm,Bəxtiyar Vahabzadə, Məmməd Araz, Cabir Novruz, Nüsrət Kəsəmənli, Əli Kərim vədaha kimlər, kimlər düşdü. Onların misraları yaddaşımda təzələndi. Həminovqatla da pəncərədən küçəyə boylandım. Şəhərimizin sakinləri bu gün daha çoxharasa tələsirlər. Əməlli-başlı qaynayır şəhər. Maşınlar da yaman sıxdı.Hərəkət az qala məhdudlaşıb. Görünür bayram ovqatlı adamlar dükan-bazara, eləcədə şəhərdən kəndlərə, kəndlərdən şəhərlərə tələsdiklərindən belə bir durum yaranır.Zənnimcə, onsuz da tıxaca alışmış şəhər sakinləri ilin son çərşənbə günü oqədər də dilxor deyillər. Çünki bu günün özündə bir anlayış var. Adamlarhamının hara tələsdiyini az da olsa fəhm edirlər. Yəni bir-birini yola verməyəçalışırlar. Bunun özü də bir gözəllik, bir sayqıdır...

Mən bukələfi dolaşmış yazının xoş ovqatla başa çatması üçün öz-özümü içəridənkökləsəm də, deyəsən o qədər də istəyimə müvəffəq ola bilmədim. Necə deyərlər,bir əli yaxamda olan ağrılı fikir öz işini görməkdədi. İstər-istəməz yadımaböyük Mirzə Fətəlinin məşhur dramlarından birində söylədiyi "meymunuyadınıza salmayın" (Kimyagərin qızıl məsələsini yəqin ki, xatırladınız -Ə.M.) fikri məndə təbəssüm yaratdı. Ona görə də üzümü ətrafımda olanlara,sevdiklərimə, məni sevənlərə, bütövlükdə hər kəsə tutub bu baharın onlar üçünxoş gəlişini, xoş müjdəsini, ruzi-bərəkətini bol etməsini dilədim. Axıbolluğun, sağlamlığın, sevginin bir ünvanı, bir daşıyanı və arzusunda olanı var- o da bizlərik. Təbii ki, məhz bu səbəbdən bir-birimizə həmişə can sağlığı,ruzi-bərəkət, xoşbəxtlik arzu edirik. Düşünürəm ki, bu arzu öz məramına görə,Tanrının da qəbul edəcəyi, eşidəcəyi bir duadı. İnşallah, Azərbaycan adlıməmləkətimiz həmin o duların işığında bundan da gözəl aylara, illərə qovuşacaq,baharlarla bəzənəcəkdi...

Deməli,baharın gəlişi ilə könlümün pıçıltılarını qoşalaşdırmaq, onların bir-birinə səsverməyə yardımçı olması üçün içərisindəki olduğum ovqatdan bir az uzaqlaşmaq,bir az kənara çıxmaq istəyirəm. Zənnimcə, bu bahar günü ilham pərisininətəyindən tutmağın əsl məqamıdı. Axı bahar özü həm də sevgi deməkdi, sevilməkdeməkdi. Dünyanın da xilası məhz sevgidə, sevilməkdədi. O cümlədən də içrahatlığı da halal, əbədi sevgidən keçir. Elə həmin sevgi də misralarda,sözlərdə ifadə olunur, qanadlanır, dildən-dilə, könüldən-könülə üz tutur. Mənimbütün misralarımın mayası olan yaşantılarım da bir növ sizlərə bayramhədiyyəmdi - Novruz payımdı.

Məni mənətanıtdın

Mən ki,bilmirdim kiməm!

Məni sənətanıtdın-

Sən ki,bilmirdin kiməm!

Çözələdinruhumu

Könlümiüşum elədin...

Təzələdinruhumu-

Özümü mumelədin...

Çözələndiruhun da

Könlün dəçiçək açdı

Təzələnənruhun da-

Mənimüstümə qaçdı...

Məni mənətanıtdın-

Bildim indimən kiməm!

Mən bütünvarlığımla-

Varlığınahakiməm!..

Bəli, bizbir insan olaraq dünyanın sevincini və qəmini yaşamağa, çəkməyə, daşımağaməhkumuq. Kimliyimizdən asılı olmadan bundan sığortalanmamışıq. Ona görə dədaşıdığımız yükün çəkisi və mənası özümüzdən asılıdı, özümüzün onayanaşmağımızdan, ona münasibətimizdən keçir... Yəqin ki, nə dediyimi hissetdiniz... Bayramınız mübarək!

ƏbülfətMƏDƏTOĞLU

[email protected]

TƏQVİM / ARXİV