Adalet.az | “Neftçi” danışılmış oyuna görə məşqçini işdən çıxardı Adalet.az | “Neftçi” danışılmış oyuna görə məşqçini işdən çıxardı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

“Neftçi” danışılmış oyuna görə məşqçini işdən çıxardı

7238    |   2017-12-06 14:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Neftçi” klubu oyunların idman nəticəsinin manipulyasiyasında fərdi iştirakına görə futbola aid hər bir məşğuliyyət ömürlük uzaqlaşdırılan məşqçi-metodisti Agakişi Mehdizadəni vəzifəsindən azad edib.

Adalet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bununla əlaqədar yayımlanan bəyanatda bildirilir ki, son günlər haqlı olaraq böyük narazılıqla qarşılanan Topaz Premyer Liqasının bəzi oyunlarının nəticələrinin manipulyasiya edilməsi ilə bağlı hadisələrdə "Neftçi”nin də adı hallandırıldığından klub rəhbərliyi tərəfindən daxili araşdırma aparılıb:

"Xüsusən, AFFA-nın İntizam Komitəsinin 01.12.2017-ci il tarixdə keçirilən iclasında çıxarılan qərardan sonra buna çox ciddi zərurət yarandı. Araşdırma nəticəsində komandamızın məşqçi-metodisti Agakişi Mehdizadənin oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı müəyyən olunub. O, verdiyi yazılı izahatda özünü təqsirli bilərək prosesdə fərdi xarakterli iştirakını etiraf edib. Bu səbəbdən məşqçi–metodist Agakişi Mehdizadə dərhal tutdugu vəzifədən azad olunub. Qeyd edək ki, Ağakişi Mehdizadə əvvəllər "İnter" Peşəkar İdman Klubunda (hazırki "Keşlə") məşqçi-metodist vəzifəsində çalışıb. Araşdıma zamanı topladığımız materiallar isə aidiyyatı üzrə AFFA-ya göndərilib. "Neftçi” PFK olaraq bir daha bəyan edirik ki, idman oyunlarının nəticələrini manipulyasiya edənləri şiddətlə qınayırıq və bu cür qanunazidd halların qarşısının alınması üçün mübarizə aparan bütün qurumlara dəstək verməyə hazırıq”.

Qeyd edək ki, AFFA İntizam Komitəsinin qərarı ilə A.Mehdizadəyə oyunların idman nəticəsinin manipulyasiyasında fərdi iştirakına görə futbola aid hər bir məşğuliyyət ömürlük qadağan olunub.



İmza:
SON XƏBƏRLƏR
2018-08-19
2018-08-18
2018-08-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK