Dünyadan xəbərsiz avamlar

OĞUZ AYVAZ
33690 | 2017-12-06 12:05

Mirzə Cəlil "Poçtqutusu” adlı kiçik hekayəsi ilə böyük bir problemi ön plana çəkir. Əsərin baş qəhrəmanı olan Novruzəlixeyirxah bir kəndlidir. Bundan əlavə, o, savadı olmayan, xanın qulluğundaçalışan bir insandır. Novruzəli xanın ona verdiyi məktubu alandan sonraağasının "poçtxanaya getməlisən” sözü qarşısında donub qalır. Çünki Novruzəlipoçtxananı tanımır. Amma buna baxmayaraq, xana sadiqdir. Məhz buna görə də,məktubu götürüb birbaş poçtxanaya gedir. Qutuya məktubu salandan sonra nəedəcəyini bilmir və orda daşın üstündə oturub gözləyir. Bir-iki nəfər gəlib,məktublarını Novruzəlinin yanında dayandığı qutuya atıb gedirlər. Sonra bir rusgəlir və poçt qutusunu boşaldıb getmək istəyəndə Novruzəli xanın məktubunuoğurladığını zənn edərək onu əzişdirir. Novruzəlinin qolundan tutub həbsxanayasalırlar və xanın bütün cəhdlərinə baxmayaraq, ona adam döydüyünə görə üç ay işkəsirlər.

Yazıçı Novruzəlininavamlığını onun savadsızlığında görür və onun simasında Azərbaycandakı cəhalətiifşa edir. Ancaq Novruzəlinin savadsızlığından daha ağır məqam var. O, özsavadsızlığının heç fərqində belə deyil. Onun üçün ağasına sadiq olmaq, onunbir sözünü iki etməmək əsasdır. Ona görə də, Novruzəli başına gələn hadisəninmahiyyətini anlamaqdan uzaqdır.

Cəlil Məmmədquluzadə buhekayəsi ilə Novruzəlinin timsalında yüzlərlə, minlərlə novruzəliləri tənqidedir, onların savadsızlıqlarını acı gülüş hədəfinə çevirir. Öz dövründəAzərbaycan və müsəlman aləmində savadsızlığın belə vüsət alması yazıçınıdüşündürür və sonrakı əsərlərində də o, dönə-dönə bu problemə qayıdır.

"Poçt qutusu”nda belə bir yervar: Xan Novruzəlidənsoruşur ki: "Poçtxananı tanıyırsan?”. Novruzəli isə oranı tanımadığınısöyləyir. Xan bir daha soruşur: "Çox əcəb, nəçəlnik divanxanasını tanıyırsan?”Novruzəli də deyir: "Bəli, xan, başına dönüm tanıyıram, niyə tanımıram? Keçənhəftə mən elə gəlmişdim nəçəlniyin yanına şikayətə... Xan, and olsun səninbaşına, bizi kəndxuda çox incidir...”

Hekayə o qədər axıcıdı ki, hər dəfə oxuyanda yeni birideya gəlir beyinə. Cəlil Məmmədquluzadə nəyinki bu hekayəsində digərəsərlərində də oxucunu düşündürməyə sövq edir. "Poçt qutusu” hekayəsində yenəbir yeri yada salaq:

"Xan,Noruzəlinin əhvalatını pristavdan öyrənib və ona zamın olub kəndlisini saldıyanına və gətirdi evə. Noruzəli həyətə girən kimi başladı ağlamağa və samantorbasını ulağın başına keçirdib çömbəldi divarın dibində. Xan girdi evə və birpapiros yandırıb çıxdı balkona, Novruzəlini yanına çağırıb dedi:

- Di indiəhvalatı nağıl elə, Noruzəli! Sənin bu hekayətin çox şirin hekayətdi. Kitabayazılmalıdı. Nağıl elə təfsilən; yəni hamısını birbəbir. Başla burada kağızıgötürüb aparmağından, ta dama düşməyinə kimi...

Noruzəlidurdu ayağa, xana yavıqlaşıb və çuxasının ətəyi ilə gözünün yaşını silibbaşladı:

- Başınadolanım xan, məni çövür balalarının başına, məni bağışla! Mənim heç bir günahımyoxdur. Bir kətdi adamam, mən nə bilirəm kağız nədi, qutu nədi, poçt nədi?Başına dönüm, xan, məni çövür o gülüzlü balalarının başına. Heç ziyanı yoxdu,həyə ölmənəm, sağ qalaram, qulluq elərəm, əvəzi çıxar,bir qələtdi eləmişəm, taneyləmək? İşdi belə oldu. Bular hamısı allahdandı. Gərək belə olaymış. Bağışlaməni, xan. Mən ölənə kimi nökərəm sənə...”

Hekayədə olan bu hissədəyazıçı ustalıqla öz narazılığını dilə gətirir. Günah novruzəlilərdədir, yaonları bu günə qoyan bu cür xanlarda? Çünki xalqa istiqamət verən onunöncülləri, başçılarıdır. Əsərdən də görünür ki, xan kəndlilərini yox, ailəsinidüşünür. Belə ki, Novruzəli kimi savadsız cahillər yüksək mənsəbdə işləyənləritanımırlar, amma onların pis əməllərini çox yaxşı bilirlər. Sonradan onlarınyanına şikayətə gedəndə də aldanıb yola salınırlar. Bu da onların böyükfəlakətlərinin yaranmasına şərait yaradır.

Hekayə əsasında bir film də çəkilib.Yadınıza düşər yəqin. Azәrbaycanda ilk radio vәteleviziya rejissoru olan Rauf Kazımovskiçəkib filmi. Film Cəlil Məmmədquluzadənin anadan olmasının 100 illiyinə ithafedilmişdir. Bundan başqa rejissor Mirzə Cəlilin "Ölülər”tragikomediyasının radio-tamaşasının da müəllifidir.

"Poçt qutusu” hekayəsi həmişə oxunaqlıdı. Mirzə Cəlil bu hekayədə ustalıqlasavadsız təbəqənin yüksək mənsəbdə işləyənlərə sərf etməsi, bundan onların heçbir narahatlıq duymaması, novruzəliləri aldadıb öz istədiklərini yerinəyetirmələri, geridə qalan savadlıları isə saymamaları əsərdən çıxan nəticədir.Düşünürəm ki, "Poçt qutusu” hekayəsini oxumaqla insanlar savadsızlığın necəfəlakətlər törətdiyini gözləri önünə gətirəcəklər. Çünki hələ də ətrafımızdaNovruzəlinin davamçıları var. Müasir zamanda olsaq belə bu günbelə yaşayan, mövcud olan, dünyadan bixəbər olan Novruzəlilər var...


TƏQVİM / ARXİV