adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Uzun Allahverən

MƏMMƏD DƏMİRÇİOĞLU
29588 | 2013-03-20 01:43
Görünür eləpeşələr var ki, bu ancaq Allah tərəfində insana vergi kimi verilir. Əks haldabu yaşda bu qədər dəqiq silah atmaq hər adama belə qismət olmaz. Qəmnalı hərdəfə Uzun Allahverənin dəqiq nişan almasına heyran qalar, onu sınamaq üçün eyninişana təkrar atəş açmasını təkid edərdi. Qayanın ustündə bərkidilən nazik çubuğu dörd nalaçapan at belində elə sərrast atəşlə vururdu ki, bunu gözləriylə görməyənlər çoxçətin inanardılar. Onun atıcılıq məharətinə özü heyran qalan Qəmnalı bu dəfənazik zoğal çubuqlarından hazırladığı nişanların sayını beşaçlanın atacağıgüllələrin sayına uyğun olaraq qayalığın üstünə bərkidib uzaqdan qızılquş kimiatını dördnala çapan Uzun Allahverənin şux qamətinə tamaşa edərdi. Çubuqlardüzülmüş nişan yerinə yaxınlaşanda Uzun Allahverən qara ayğırın cilovunuəlindən buraxar, üzəngi üstündə ayağa durub, beşaçılanı sinəsinə sıxaraqardıcıl atəşlərlə güllələrin beşini də atar, hündür qayalığın dikdirinəbərkidilmiş nazik zoğal çubuqları ardıcıl olaraq yerindən qopub göy üzündəoynayardı. Öz gəncliyini Uzun Allahverənin bu çevik, çılğın hərəkətlərindəgörən qoçu Qəmnalı tez-tez onun kürəyinə vuraraq "aslanım mənim", -deyərək balaca qəhrəmanı bir az da ruhlandırardı.

2

Baharıngəlişi İncə dərəsinin gözəlliyini bir az da artırmışdi. Çılpaq dağınətəklərində ala-tala qar zolaqları qalasa da Aveyin İncə Dərəsinə tərəf uzananətəkləri ağlı- sarılı çiçəklərlə bəzənmiş, bir-birinə bənzəməyən irili-xırdalıtəpələrin güneyləri yamyaşıl məxmər xalıya bənzəyirdi. Bığ yerləri yenicətərləmiş Uzun Allahverən Asdanbəyli kəndinin ən hündür yerində , üzü Avüyə,yəni gün doğana tikilmiş evlərinin həyətindən səhərlər bu gözəllikləri seyretməyi çox sevərdi.

Neçə gün idi ki, anasının xəstələnməyionu yaman pəjmürdə etmişdi. İştahadankəsilmiş Xədicə xanım ağrılarını balalarından gizlətməyə çalışsa da, amansızösgürək az qalırdı nəfəsini əlindən alsın. Yatağının yanını kəsdirmişbalalarının beşı də bir vəchlə anlarına kömək etməyə çalışsalar da, əllərindənheç nə gəlmirdi. Yaşca hamısından böyük olan Mələk gah anasının kürəkləriniovuşdurur, gah kəkotu ilə dəmlədiyi çayin içinə zoğal mürəbbəsi töküb içirir,gah da ayaqlarını isti su ilə doldurulmuş ləyənin icinə salıb onu tərlətməyəçalışardı ki tez sağalsın.

U

Neçə günidi boğazından bir tikə də ötürməyən Xədicə xanımın lalə yanaqları solmuş,gözləri çuxura düşmüşdü.

-Ay çiji,bəlkə bir sarımsaqlı xəngəl bişirim yeyəsən - deyib, ağ kələğayısının sürüşübaşağı sallanan ucunu çiynindən geri yanına atan Mələk anasının nə yeməkistədiyini soruşdu.

-Yox-yox, abala, yeyə bilmərəm. Amma ürəyimə yaman şomu sıxması düşüb. Olsaydı bir azyeyərdim, - deyib yavaşdan pıçıldadı.

Bu sözlərieşidən Uzun Allahverən yerində qurcalandı. Hava qaralmasaydı dərhal atı minib,üzü Avüyə səyirdəsiydi. Səhərəcən gözünü yummayan Allahverən xoruzlar banlayankimi yerindın durub özundən yaşca böyük bacısı Mələyi yuxudan oyatdı:

-Mələk, dur heybəni ver mənə, gedim anama şomudərim. Ürəyi pencər istəyir, bəlkə yeyib tezcə sağala.

-Ay qardaş,qaranlıqda getmə, o qədər istəməyənlər var, qorxudarlar səni.

-Camaatməndən qoruxsun, mən kimdən qorxasıyam, heybəni ver bəri.

Mələkzolaqlı heybəni farmaşın üstündən götürüb ona uzatdı. O, Çərkəzi çuxasınınüstündən nazik belini sıxaraq bağladı enli kəmərindən asılmış gümüş dəstəlixəncərini sol əliylə düzəldib, sağ əliylə heybəni çiyninə aşıraraq, atasınınyadigarı olan ayağı səkilli qara ayğırın belinə qifcındı.

Günəşüfüqləri lalə rənginə boyamışdı. Yarı al-qırmızı, yarı tünd qəhvəyi rəngəboyanmış zolaq-zolaq buludların arasından parası görünən günəşin qızılı şüalarıqaranlığı dilim-dilim doğrayaraq dünyanın üzünə al-qırmızı işıq selisəpələyidi. Quzeyi dərin dərəli təpəlin güneyində tonqal yanır, qara zolaqlıquzeylər isə sönüb tüstülənən qara kösvlərə bənzəyirdi. Dərənin dərinliyinəçökmüş duman sönmüş ocağın bom-boz tüstüsü kimi quzeylərin hələ də qarla örtulüqalmış yanaqlarını yalaya-yalaya çəhlimlərlə yuxarı sürünürdü...

Şıvırtıqamçıya bənzəyən yeniyetmə Allahverən Palıdlı dərənin ətəyində atından düşübkəmərindən asdığı xəncəri qınından çəkərək şehli otların arasında ovuc kimiaçılmış şomuları kökündən kəsib heybəyə doldurmağa başladı.

"Nəçox şomu varmış, gərək iri heybəni götürəydim" - deyib heybənin hər ikigözünü basa-basa dolduraraq atının belinə tullandı.

Gillidərədən keçəndə bir atlı ilə qarşılaşdı. Başına qara, qıvrım saçaqlı züllə papqgeymiş atlı qalın, pırpız qaşlarının altından parıldayan, ayazdan sulanıb altıtuluqlamış gözlərini əlinin gerisiylə silib, ona salam verən gənc atlınıtəfərinclə süzüb kim olduğunu soruşdu:

-Ay əleykümsalam, bala, kimin oğlusan, bu alaqaranlıqda hardan gəlirsən?

-İsəkoxanın oğluyam, şomu dərməkdən gəlirəm.

Qulaqlarınainanmayan atlı bir də soruşdu:

-Yaxşıeşitmədim, kimin oğlusan dedin?

-İsəkoxanın oğlu Uzun Allahverənəm.

Eşitdiklərinətam əmin olan atlı öz-özünə söylənirmiş kimi bərkdən mızıldanmağa başladı:

-Gorunçatlasın İsə koxa, gör yerində kim qalıb, camaatın oğlanları qaz vurub, qazandoldurur, səninki isə dərələrdə şomu yığır.

Söz Uzun Allahverənin qulaqlarında ildırım kimigurlayıb, şimşək kimi ürəyini parça-parça etdı.

- Dayangörüm nə dedin? - deyib atını onun atına yaxın sürdü. Bir sıçrayışla atınınbelindən kişinin üstünə şığıyib, qızıl quş kimi vurub onu atdan yerə yıxdı.Sonra kişini təpiklə möhkəmcə əzişdirib qızılala qana boyadı. Əlindəki qamçıilə kişiyə bir şallaq da çəkib hirslə dedi:

-Köpəkoğlu, get indi hamıya söylə ki, məni İsə koxanın şomu dərən oğlu bu kökə saldı.

Anasınınöyüd-nəsihətlərinə əməl etsə də, özünə məxsus qürurlu hərəkətlərini cilovlayabilməyən Uzun Allahverən öz çılğınlığı və dəliqanlılığı ilə çox gəncyaşlarından kəndin sayılan yeniyetmələrindən biri kimi sevilirdi. O artıqev-eşiyin bütün işlərini özü həll edir, otruşu, duruşu ilə babası Allahverənkoxanın koxalıq və mərdlik missiyalarının daşıyıcısı kimi kökünün, nəslininənənələrinə sadiq olmağı özünə borc hesab edərdi.

Qışın sonayları idi. Evlərinin unu azaldığından Yzun Allanverən üyütmək üçün dəyirmanadən aparmalı idi. Anbardan çuvalları buğdayla doldurub sürüyə-sürüyə həyətəçıxardı, bacılarının və kiçik qardaşı Yusifin köməyi ilə çuvalları arabayadoldurub dəyirmana sarı yollandı. Yoldaqarşılaşdığ bir arabaçı onun tələsdiyini görüb, hündürdən səsləndi:

-Bala,məndən qabağa keçmə, novat mənimdi.

Kişiyə məhəl qoymayan Allahverən oküzlərə birçubuq çəkdi. Süzülmüş dirsəklərindən saralmış pambıqları sallanan pambıqlısınıortasından qara dolaqla bərk-bərk sıxmış qoca qəlyanını ağzından çəkib əsəbihalda soruşdu:

- Ayə kiminoğlusan, a bala?

-İsəkoxanın oğluyam, - deyib arabaçını ötüb keçdi.

Arabaçıkişi də Allanverənin ana babası Molla Sadığın dənini aparırmış üyütməyə.Allahverənin bu hərəkəti arabaçının xoşuna gəlmədii, arxasınca ona söz ataraq:

-Gorunçatlasın ay İsə koxa, yurdunda gör kimi qoyub getdin, oğlun dəyirmana dənaparır üyütməyə. Ay-hay,g- deyib heyifsilənir. Qanı beyninə sıçrayan Allahverənistəyir bu kişini də o birisinin gününə salıb döysün. Amma kişinin yaşına baxıbfikrindən dönür və arabasını yavaşıdır.Qoca arabaçı onu ötüb keçir, amma Uzun Allahverənin niyyətindən xəbəri olmur.Gerisi ilə gələn Allahverən çuvalın birini xəncəri ilə kəsib yenə arabasınıhaylayır. Yenidən qabağa keçən Allahverənin arxasıyla baxan arabaçı rişxəndlədeyir:

-Yeri-yeri,tez üyüdərsən, onsuz da novat mənimdi.

- Canın sağolsun, mən nə vaxt olsa üyüdəcəm, amma sən üyüd-üyüdə gedirsən- deyib öküzlərihaylayan Allahverən onu arxada qoydu.

(Ardı var)

MəmmədDəmirçioğlunun

təqdimatında

TƏQVİM / ARXİV