adalet.az header logo
  • Bakı 17°C
06 Dekabr 2017 12:00
13528
İDMAN
A- A+

Güləşçilərimiz Astanada 3 qızıl medal qazanıb

Qazaxıstanın paytaxtı Astana şəhərində əməkdar məşqçi A.Kazımbetovun xatirəsinə yeniyetmə güləşçilər arasında beynəlxalq turnir keçirilib.

Azərbaycan Güləş Federasiyasından Adalet.az-a verilən məlumata görə, turnirdə sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığma komandanın üzvləri iştirak ediblər.

Azərbaycan komandası ilə yanaşı, Özbəkistan, Qırğızıstan, Rusiya və Qazaxıstan pəhləvanlarının iştirak etdiyi turnirdə güləşçilərimiz 3 qızıl medal qazanıblar. Əlihəsən Əmirli (45 kq), Elvin Dünyamalıoğlu (65 kq) və Fuad Mayılov (80 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar.