ANA SƏHİFƏ / KRİMİNAL

Narkotik satmaq istədi, gömrükçülər tutdu

14069    |   2017-12-06 11:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dövlət Gömrük Komitəsi (DGK) Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin ölkə ərazisində realizə olunacağı barədə əməliyyat məlumatı daxil olub.

DGK Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, bu məlumat əsasında, Bakı şəhərinin Binəqədi rayonu ərazisində DGK, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə birgə əməliyyat tədbirləri keçirilib.

Nəticədə, narkotik vasitənin alqı-satqısını reallaşdırmaq üçün əraziyə gələn Elxan Əfrail oğlu Şirinov 5 ədəd bağlamada, ümumi xalis çəkisi 4930 qram olan həşiş qətranını şərti alıcıya satmaq istəyərkən saxlanılıb.

Bundan başqa, Elxan Əfrail oğlu Şirinovun üzərinə baxış keçirilərkən gödəkçəsinin cibində 1 ədəd bükümdə, xalis çəkisi 0,634 qram olan həşiş qətranı aşkar olunub.

İstintaqla müəyyən edilib ki, E. Şirinov 2017-ci il noyabrın əvvəllərində külli miqdarda narkotik vasitəni satış məqsədilə əldə etmə, saxlama, daşıma və Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçirmək barədə İranda və Azərbaycanda adları hələlik istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib. O, sözügedən şəxslər tərəfindən Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən, ümumi xalis çəkisi 4930,634 qram olan həşiş qətranını Bakı şəhərinin Qaradağ rayonu ərazisindəki "Binə" ticarət mərkəzinin yaxınlığında əldə edib.

Beləliklə, E. Şirinov şübhəli şəxs qismində tutulub, təqsirləndirilən şəxs qismində cəlb edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham edilib və barəsində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.



İmza:

Yevlaxda evlərdən oğurluq edən 3 nəfər tutulub

Gürcüstandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb

Azərbaycana gətirilən külli miqdarda zinət əşyaları tutuldu

Polis evində narkotik gizlədən şəxsi saxladı

Ötən gün ərzində 103 cinayət faktı qeydə alınıb

Axtarışda olan şəxsin evində narkotik vasitələr aşkarlandı

Kürdəmirdə 32 yaşlı kişi kirayə qaldığı evdə arvadını ölümcül bıçaqladı

Ötən gün ərzində 89 cinayət faktı qeydə alınıb

Qaxda evləri soyan keçmiş məhkumlar saxlanıldı

Bakı sakinini nar çubuğu ilə Şabranda qətlə yetirən 6 nəfər saxlanılıb - FOTO

Məcburi köçkünlərin binasında insident - Bir nəfər güllələndi

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK