HƏQİQƏT, MƏHƏBBƏT, İNAM ŞAİRİ

VAQİF YUSİFLİ
73266 | 2013-03-20 01:42

(Xalq şairiCabir Novruzun 80 yaşı)

CabirNovruzun poeziyaya gəlişi səssiz, haraysız olmayıb. Bu şair xoşbəxtliyidir ki,daim diqqət mərkəzində olasan, həmişə oxucuların sevimlisinə çevriləsən,şeirlərin özünə geniş auditoriya qazana, səni hamı tanıya. Stendalın birfikrini xatırlayıram - "Əgər mən təkəmsə, bir heçəm, əgər mənim arxamcaheç kəs gəlmirsə, mən bir heçəm. Əgər oxucu desə ki, bu adam fikir aləminiirəli aparmışdır, onda mən hər şeyəm".

Məncə,C.Novruz da müasir səviyyəli, onu sevən, duyan həqiqi oxucular əhatəsində idi.

Şeirkitablarının birinə yazdığı ön sözdə C.Novruz deyir: "Neçə-neçə şeirkitabım çap olunsa da, yenə həyəcan içindəyəm. Mən bu imtahandan necə çıxacağam, deyə bilmərəm.Lakin ürək çırpıntıları ilə sətirlərimi, necə deyərlər-doğma balalarımı oxucuimtahanına verirəm. İstərdim ki, həyat, insanlar, dünya, bu gün, sabah, doğmaAzərbaycan haqda qoşduğum təzə nəğmələr onların ürəyincə olsun".

CabirNovruz poeziyada təsadüfi yaxşı şeirlərlə görünüb sonra hansısa janrın sakit guşələrinə baş vuran şairlərdənolmamışdır. O, əlli illik yaradıcılığı ərzində həmişə oxucu tələbkarlığınainana-inana, onu məyus etməyərək, bir-birinin ardınca gözəl şeirlər və poemalaryaratmışdır. Bəs bu şairin fərdiliyi və özünəməxsusluğu nədədir?

CabirNovruz haqqında yazılan məqalələrdə, onun kitablarına həsr edilənresenziyalarda tez-tez belə bir ifadə ilə rastlaşırsan: "Cabir Novruztəbiiliyi tərənnüm edir, o, sadə yazır". Qeyd edək ki,bu fikirlərazılaşmamaq qeyri-mümkündür, lakin həmin mülahizə izah olunmadığı üçün natamamtəsir bağışlayır. C.Novruz təbii şairdir, amma bu təbiilik təkcə təbii vəsadə-hamının anlayacağı dildə yazmaqlarmı məhdudlaşmalıdır?

Burobotlar, süni əllər,

süni gözlər

dövründəmən.

İstəyirəmşeirimdə mən,

Təbiiliyivəsf eləyim.

...Üztuturam uşaqlara,

böyüklərə,nəsillərə,

Üz tuturamhələ

sabah gözaçacaq

əsrlərə,

Söyləyirəmtəbii olun,

təbii olun.

Təbiiliyəçağırış Cabir Novruz poeziyasınınbaşlıca mahiyyətini ifadə edir. Biz bunu iki mənada yoza bilərik. Birinci haldaşair-gördüyümüz kimi, təbiilik anlayışının öz mənasına, məğzinə, cövhərinə üztutur. Lakin onu da qeyd edək ki, təbiilik C.Novruz poeziyasında həm dəMəhəbbət, Həqiqət, Bütövlük, İlkinlik və İnam çalarları qazanır. "İnsanhimnləri" adlı lirik-fəlsəfi poemada C.Novruz təbiiliyin bədi-estetik hüdudlarınıdaha da genişləndirir, milyon illər dəyişməyən duyğuları vəsf edir. Çünki"onlar daim təzə qalan duyğulardır. Ən müasir kəşflərə bəzək olanduyğulardır". Bu duyğuları özündə yaşadan hər bir insan isə ayrıca birdünyadır. Bütövlük də Təbiilikdir. İlkinlik də, İnam da.

C.Novruzunbütün yaradıcılığında-hər kiçik şeirində və hər böyük poemasında təbiilik ənmüqəddəs bir duyğu kimi vəsf olunur. Onun poeziyasında Yaxşılıq, Pislik,Mərdlik, Qəhrəmanlıq, Gənclik, Qocalıq, Zəriflik anlayışları da məhz təbiilikprizmasından baxılıb qiymətləndirilir. Dövrümüzün böyük problemləri,bəşəriyyəti düşündürən ən ali məsələlər bir şair kimi C.Novruzu da söz deməyədə, qəlbinin narahatlığını şeirə çevirməyə səfərbər edir. Şairin şəxsiyyəti,yaradıcı adamın fərdiliyi onun ictimai hadisələrə fəal münasibətiylə bağlıdır,özü də bu əlaqə yaradıcılıq psixologiyasını təyin edən əsas komponentlərdənbiridir. Ətraf mühitə, dünyada gedən təzadlı hadisələrə poetik təmas şairi vəsubyektiv lirik "Mən"i çərçivəsindən qlobal düşüncə çərçivəsinə malik"Mən"ə çevirir. Lirik qəhrəman bu məqamda bəşəriyyətin bu günü və gələcəyinə bağlıİnsanı təmsil edir. S.Vurğun, R.Rza, S.Rüstəm kimi şairlərin yaradıcılığı bunuaydın sübut edir. Onların ənənələrini C.Novruz da davam etdirirdi. Şairin"Qərbi Berlin"panoram poeması bu baxımdan XX əsrAzərbaycan poeziyasının mühüm bir nailiyyəti hesab olunmalıdır. Bu poemaşairin müharibə və bəşəriyyətin gələcəktaleyi barədə düşüncələridir. Lakin bu düşüncələr sırf rasional xarakterdaşımır, yəni, dəqiq desək, müharibə haqqında fəlsəfi-etik mənalar ümumisəciyyə daşımır. Müharibə, onun ağrılarını taleyində daşıyan bir insanın mənəviağrıları, atasızlıq kədəri, daha geniş mənada calğının bu müharibədə itkilərinə təəssüfü ilə diqqəti çəkir:

Ehtiramlaneçə

kərə başəyərək,

Qazılmamışqəbirlərə

baş əyərək,

Göz yaşımıyumruğumun

arxasıyla

silə-silə

gəldimbura.

Hələ neçəfaciəli

sifarişlə

gəldimbura.

CabirNovruzun lirik qəhrəmanı, hər şeydən əvvəl öz narahat təbiəti və dünyadakı hadisələrə fəal münasibəti iləseçilən müasirimizdir. Onu ətrafındakı hər hadisə maraqlandırır, o, bəzənnifrəti aşkar görünən, qəzəbi ümman dalğalı bir insan, bəzən isə son dərəcəkövrək və lirikdir:

Dünyada nəolsa ürəyimdədir;

bir insansevinsə, bir gül açılsa,

bir ömürməhv olsa, bir ev uculsa,

bir gülləatılsa ürəyimdədir.

C.Novruzunlirik qəhrəmanının bioqrafiyası Azərbaycanın uca dağlarla əhatə olunmuş birmahalından-Xızı rayonunun Upa kəndindən başlanır. Onun dünyada ilk dəfəeşitdiyi ən müqəddəs, ən əsrarəngiz səs bulaq şırfıltısı və cəh-cəh vuranquşların səsi olub. Bu lirik qəhrəmanın dünyada ilk dəfə şeir adına eşitdiyianasının ona oxuduğu yanıqlı laylalar, nənəsinin söylədiyi bayatılar,tapmacalar, atalar sözləri, ağılar olub. Cütcülər, suçular, çobanlar, yerşumlayanlar, arx qazıyanlar, taxıl yığanlar, traktorçular, el aşıqları,ağbirçək qadınlar, adicə bir sözdən pul kimi qızarıb yanan ürkək qızlar lirikqəhrəmanın uşaqlıq və ilk gənclik illəri bu adamların əhatəsində keçib:

Məndövlətli ailədə doğulmadım,

Şan-şöhrətliailədə doğulmadım.

Ən adicəbir insandı atam mənim,

Zər-xaralıyataqlarda yatammadım.

...Söyləyimmi,qohumlarım nəçi idi,

Xarrat idi,çoban idi, suçu idi.

C.Novruzunyaradıcılığı haqqında yazılan məqalələrdən biri"Müqəddəsliyin vəsfi" adlanır (Asif Ata). O məqalədə belə birfikirlə rastlaşırıq: adi adamlar, adi duyğular, həyatın gözəl qəribəliyi,sadələrin böyük dünyası, yarandığı məkan Cabir poeziyasında ilhamla tərənnümedilir. Oxucu duyur ki, həyatın əsl gözəlliyi ən adi, sadə, gerçək hadisələrinmahiyyətindədir, onları sevmək, qorumaq gərəkdir. Bu baxımdan şairin ikipoeması - "İnsan məhəbbəti" və "Kəndimizin antik heykəli"daha çox diqqəti cəlb edir.

"İnsanməhəbbəti" C.Novruzun ilk poemasıdır. Burada süjet xətti tələbə-müəllimkonflikti əsasında inkişaf etdirilir. Lakin qeyd edək ki, C.Novruzun poemalarısırf lirik istiqamətdədir, bu poemalarda hadisə və konfliktlər lirikəhval-ruhiyyə, şairin təsvir obyektinə birbaşa münasibəti ilə müşayiət olunur."İnsan məhəbbəti" poemasında şair təsvir etdiyi həyat hadisələrinəqarşı laqeyd deyil, onu tələbə-müəllim konfliktindən daha çox insanda yarananantihumanizm: zalımlıq, qəddarlıq, kəmfürsətlik kimi həm şəxsi, həm də ictimaibəlalar düşündürür. İnsana qayğı, qədirşünaslıq humanizmin ən yüksək zirvəsi, poeziyanınisə dayaq nöqtəsidir. Poeziya məhz adilərin, sadələrin tərənnümündə böyük nüfuzqazanır. Bu bədii həqiqəti C.Novruz "Kəndimizin antik heykəli"poemasında başlıca poetik arqumentə çevirib:

Kor bibimqızı var,

adıTirmədir,

Bətndəitirmiş

iki gözüno.

Otuz beşildir ki,

Heç nəgörməyir,

Antikheykəlidir

Kəndimizino.

Tirmələr-gözdən,könüldən, bəzən mühitin adi insani münasibətlərindən uzaq olan adamlar 60-cıillər Azərbaycan ədəbiyyatının əsas qəhrəmanlarına çevrildilər. Xüsusilə,nəsrdə bu adi adamların böyük dünyasına meyl daha qabarıq nəzərə çarpdı."Kəndimizin antik heykəli" poeması isə poeziyanın bu istiqamətdəaxtarışlarından biri idi.

Tirmə kor gözüylə

corab toxuyar,

Tirmə kor gözüylə

ürəkoxuyar.

Yalanı doğrudan

seçə bilər o.

Təmizi doğrudan

seçə bilər o.

Kimin vicdanında

zülmət yaşayır

Kimlər varlığında

işıq daşıyır.

Bu kənddə kimlərin

üzündə nur var,

Gözü görə-görə

nə qədər kor var.

CabirNovruzun poeziyasında ədəbiyyatımızın ümumi ahəngi ilə səsləşən motiv vəmövzulara da tez-tez təsadüf olunur. Şeirimizdəki fəlsəfi notlar, dünya, ölüm,həyat və humanizm barədə düşüncələr siyasi lirikanın imkan dairəsini daha dagenişləndirdi. Cabir Novruz da bu tendensiyaya "İnsan himnləri","Qərbi Berlin", "İtmiş kəndin nağılları", "Zaman"poemaları ilə qoşuldu. Poeziyada ömrün ilk ünvanına-kəndə, kökə, ilkinliyəçağırış motivləri qüvvətləndi. C.Novruz da bu mövzuda maraqlı şeirlər yazdı:

Neçə gün qalstuk vursaq da bu gün,

Böyük şəhərlərdə xumarlansaq da,

yahəkim, ya şair olsaq da bu gün,

yüz cür geyinsək də, tumarlansaq da,

On beş mərtəbədə yaşasaq belə,

Akademik adı daşısaq belə,

O palçıq evlərdə oturmalıyıq,

O dəcəl çaylarda çimməliyik biz.

Dərin dərələrdən atılmalıyıq,

Qalın meşələrə dönməliyik biz.

Sərinləşməliyik zirzəmilərdə,

Nəfəs almalıyıq göy zəmilərdə,

Gərəkdağın, daşın gedək yanına,

Gedək ömrümüzün ilk ünvanına.

CabirNovruzun şeirlərindən biri belə adlanır: "Həyat, sən nə qəribəsən".Həyatın qəribəlikləri, insanlararası münasibətlərin mürəkkəbliyi, gözə dəyən vəaşkarda nəzərə çarpmayan ziddiyyətlər, təzadlar, onun poeziyasında müxtəlifşeirlərin mövzusuna çevrilib. "Bizim əsr" şeirini yadasalaq":çox qəribə, çox maraqlı bir əsrdə yaşayırıq" deyən şairgözlərimiz qarşısında təzadlar, ziddiyyətlər silsiləsi canlandırır. Bir ovucuatomlu, bir ovucu dəmətli, bir ölkəsi dəvəli, bir ölkəsi raketli əsr. Çoxtəzadlı, amma istedədlı əsrdir. Bu əsrdə Naqasaki, Xirosima, Sakit Okeansinəsindən yaralanıb. Bir vaxt antik dövrdə Esxili və Homeriylə bu dünyanıtop-tüfəngsiz zəbt eləyən Yunanıstan indi varlığında ölüm, qan sərgisi yaşadır.

Doğrudan daqəribə əsrdir. Bəzən insana sağlığında qiymət vermirlər, öləndən sonra isədahilik çələngi bəxş edirlər. Odur ki, şair deyir:

Bir arzumvar, ay adamlar,

qoyundeyim,

Sağ olandaqiymət verin

insanlara.

Yaxşılarasağ olanda

yaxşıdeyin.

Sağ olandayaman deyin yamanlara

Şairlərəsağ olanda hörmət edin,

Sağ olandaheykəl qoyun ölməzlərə.

Sağ olandaifşa edin xəbisləri,

Satqınlarasağ olanda satqın deyin.

CabirNovruz poeziyasında həyatın gözəlliklərinə, təbiiliyə, müqəddəsliyə himnləroxunduğu kimi, antihumanizmə, şərə, mənfiliyə, eybəcərliyə güclü nifrət duyğusuyaşayır. "Ana muzeyləri yaradaq gəlin" deyən şair digər şeirində ana hissini təhqir edənlərə qəzəbini,nifrətini elan edir. Vətən deyən, millət deyən, baş aldadan, göz küllədən, hərmühiti, hər iqlimi qəbul edən, birformada, bir ölçüdə ömür sürən nadanlar, ev yıxmağa tələsənlər, mənliyini satıbmənsəb alanlar, zülməti işıqla pərdələyənlər C.Novruz şeirinin gülləhədəfləridir.

C.Novruzun"İxtiyarım olsa idi" poema-ittihamı bir daha sübut edir ki, əsl şaircəmiyyətdə, məmləkətdə baş verən hadisələrə biganə deyil.. Poemada kimlərittiham olunur? Xainlər, alçaqlar, satqınlar, yurdumuzun gözəl oylaqlarındayurd-yuva salıb sonra düşmən olanlar və bir də biganələr, Vətəndə yaşayanunutqanlar.

Bu qədərçal-çağır olar?!

Beləunutqanlıq olar,

Bu qədərbədyanlıq olar?!

Torpaqlaral qan içində,

Ekrantoy-bayram içində.

Analarah-vay içində,

Efirsəbay-bay içində.

Necəyaşayıb ölürük,

Qarabağ xarolan yerdə?!

Necədeyirik, gülürük,

Şuşada sarolan yerdə?!

...Mən buyazıda C.Novruzdan ancaq Həqiqət və İnam şairi kimi söz açdım. Ancaq o, həm dəgözəl, zərif məhəbbət şairidir. Gənclik illərində yazdığı o gözəl və rübabişeirləri siz də yaxşı xatırlayırsınız. Şeirlərinin hər biri nəğməiydi, indi də o nəğmə ahəngi, ozəriflik və rübabilik yaşayır. Ancaqbircə fərqlə. İndiki məhəbbət şeirləri, əgər belə demək mümkünsə, xəzanlirikasının nümunələridir.

Sən elə birvaxtda rast gəldin mənə,

Qurumuşbulağam, bulanmış suyam.

Sən elə birvaxtda rast gəldin mənə,

Oxunmuşnəğməyəm, çalınmış toyam.

Sən elə birvaxtda rast gəldin mənə

Dayanıbdurmuşdum yol ayrıcında.

Sən elə birvaxtda rast gəldin mənə

Bir üzümcavandı, bir üzüm qoca.

Nə deyəbildim ki, sevən çağımdı,

Nə dedimsevirəm, mənə dayaq ol.

Nə deyəbildim ki, mənə yaxın dur,

Nə deyəbildim ki, məndən uzaq ol.

gCabirmüəllim sağ qalsaydı onu 80 illiyimünasibətilə ürəkdən təbrik edərdim. Ona ən əvvəl cansağlığı arzulayardım ki, birpoemasında həsrətini çəkdiyiŞuşada qələbə şeirini oxusun. Amma o güngələcək, Cabir müəllim!

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV