deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Günümüzün insanı: "Kimsə var xatırlamağa" - Kamal Abdulla Adalet.az | Günümüzün insanı: "Kimsə var xatırlamağa" - Kamal Abdulla Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Günümüzün insanı: "Kimsə var xatırlamağa" - Kamal Abdulla

rektorumuzdur! Sayqılarımla... Əzizə İsmayılova

33221    |   2017-12-05 22:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dekabrın 4-ü, 9 illik tələbə həyatımda daim mənə və mənim kimi yüzlərlə tələbəyə təkan verən, dəstək olan gözəl və özəl insanın-Kamal Abdullanın doğum günü idi.

2000-ci ildə, ilk dəfə yolumuz kəsişmişdi Kamal Abdulla ilə. Yeni yaranan BSU-ya onun rektor, mənim isə tələbə kimi ilk gəlişim idi. O insanla ilk dəfə üz-üzə gələndə və onun kim olduğunu biləndə, bir nağıl dünyasının qəhrəmanı kimi hiss etmişdim özümü. İnanılmaz bir hiss idi. İllərlə televiziya ekranından həvəslə izlədiyim Kamal Abdulla artıq mənim müəllimim olacaqdı...
O vaxt orta məktəbi bitirəndən sonra 10 il ərzində hər sahədə işləməyə məcbur olan daşlaşmış kənd qızı, rektorun nə demək olduğunu hələ aylar sonra biləcəkdi. Eləcə müəllimim idi hələki Kamal Abdulla.
Cod görünməyə çalışsa da alınmırdı bu onda. Bir yumşaqlıq vardı, baxışlarında, simasında, xasiyyətində. Həm də ürəyi yuxa idi. Hər nə qədər sərt olmağa çalışsa da, bəzən sanki içindəki yumşaqlıq mane olurdu ona.

Məsələn, baxmayaraq ki, hər birimiz üçün çox əziz insan dekanımız Seyfəl Həsənov bütün tələbələrin sevimlisi idi, ondan daha çox çəkinərdik, nəinki Kamal müəllimdən.

İlk gündən çox yaxın olmuşdu bizə. Bəlkə də bu yaxınlığı sonra dağıtmağa ürəyi gəlmirdi.
Kamal müəllimin yanına həmişə elə gedərdik ki, sanki tələbə rektorun yanına yox, ərköyün uşaq atasının yanına şikayətə gedir.

Bəzən əlindəki siqareti üzərində kiçik xalça parçası olan külqabında söndürüb, maraqlı baxışlarla "həə, yenə nədi, a bala?" deməyinə peşman olardı. Bala heç dayanmazdı ki... Danışardı, danışardı. Birinci kursda ümumiyyətlə bayram olur bütün tələbələrə. Hamımızı qəbul edər, dinləyər, yola salardı. ( bu, hər il belə davam edirdi).

Kamal Abdulla ancaq rektorumuz deyildi, dostumuz idi, qrup yoldaşımız idi. Bir baxırdın dəhlizdə yanında durub, bir baxırdın bufetdə yan stolda oturub.

Biz heç vaxt "rektor gəlir, qaçın" havasında olmadıq. Bizə qibtə edirdi, digər universitetlərdən bizim konfranslara gələn tələbələr. İnana bilmirdilər ki, rektorla tələbə zarafat edə bilər. Rektor konfrans başlamamış zalda və ya dəhlizdə tələbələrlə ola bilər, danışa bilər, gülə bilər. Əlini kiminsə çiyninə dostcasına aşıra bilər. Kefi kök olanda bir başqa doğmalıq saçırdı rektorumuz. Digər universitetlərdən olan tələbələrin açıq-aşkar bizə həsəd aparmasından o qədər zövq alırdıq ki.

Bakalavrdan aspiranturaya qədər 9 il dayanmadan tələbə oldum BSU-da. 9 il rektorum oldu bu insan. Həyatımın qızıl zolağı oldu bu 9 il. Heç bitməsini istəmədiyim Qızıl zolaq.

Bir gözəl sözü vardı: "Mən müəllimi tələbənin, tələbəni də müəllimin ayağına verməyəcəm". Vermirdi də. O qədər "çe-pe"lərimiz olub ki. Çox ərköyün tələbələr idik. Ona güvənib başqa universitetlərdə qatıldığımız tədbirlərdə professor-müəllim heyəti ilə dil-dil ötürdük. Öz evimizdəymişik kimi, ipə-sapa yatmazdıq, bir sözlə. Bəlkə də başqası bizi qovardı universitetdən. Amma o qovmurdu, heç incitmirdi də.

Bizə həmişə deyirdi ki, "nə deyirsiz deyin, öz sözünüzü deyin. Səhv belə olsa bilin ki, bu, sizin sözünüzdür. Özünüz düz bilib dediyiniz səhv sözünüzlə daha çox qazanacaqsız, nəinki başqasına aid olan amma dərk etmədiyiniz düz sözlə. Başqasını həmişə eşidin, dinləyin, çalışın nəticə çıxarın amma özünüz olun."

Bütün tədbirlərimizdə yanımızda idi. Bizə qoşulub rəqs edirdi, mahnı oxuyurdu.
İlk dəfə duet oxumuşdum Kamal müəllimlə, müəllim günündə -"Biz mehriban ailəyik" mahnısını. Hər ikimizin səsi " çox gözəl" olduğu üçün 600 nəfərlik akt zalında hamımız gülmüşdük, amma oxumuşduq bacardığımız kimi.

O gündən həmişə bütün tədbirlərdə biz tələbələr o mahnını oxuyardıq. Deyirdi "qoy bu mahnı bizim himnimiz olsun"... Doğrudan da, əslində biz mehriban ailə idik.

Onunla bağlı o qədər xoş xatirələr var ki, yazası olsam, insana stimul verə biləcək bir kitab alınar.
Kim bilir, bəlkə də bir gün o gücü özümdə tapdım və yazdım.

Var olun, Kamal müəllim. Çox yaşayın, sağlam yaşayın. Qazandığım ən xırda uğura görə Sizə daim təşəkkür edirəm. Nə yaxşı ki varsıniz və doğulmusunuz, işıqlı insan!

Sizi çox, çox, hamıdan çox sevirəm, ucqar bir rayondan gəlib rus dilində bir söz belə bilməyən bir tələbəni, rus dilində "Qırmızı diplom"la təhsilini başa vuracaq dərəcədə ruhlandıran və dəyərləndirən, əziz insan!

Bizdən uzaqda olsanız belə, həmişə qəlbimdəsiniz və hər addımımda Sizin adınıza layiq olmağa çalışıram. Həmişə fəxrlə deyirəm: "Mən Kamal müəllimin tələbəsiyəm".
Bu fəxarət hissinə görə sağ olun. Doğum gününüz mübarək!
Bu gün ADU-nun rektoru olsanız da, bizim üçün həmişə BSU-nun rektoru olaraq qalırsınız. Bir şeirinizdə yazmışdınız ki,

Kimsə yox xatırlamağa,
Unutmağa bir kimsə yox.

Unutmağa mənim də bir kimsəm yoxdur, amma xatırlamağa var. O adam bu gün Kamal Abdulla!
Hörmətli ADU tələbələri, təbrikimi, sevgimi, sayqımı Kamal müəllimə çatdırın.

Öpün onu yerimizə. Bu gün şans sizdən yanadır. Şansınızı dəyərləndirin... amma unutmayın, - O, bizim 


İmza:

YAZARIN ARXİVİ

2017-10-02 : Nənə...
SON XƏBƏRLƏR
2019-07-20
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK