adalet.az header logo
  • Bakı 21°C
05 Dekabr 2017 15:19
19707
SİYASƏT
A- A+

Xəzərin statusu 20 ildən sonra razılaşdırılıdı - Yenilənib

Region ölkələr Xəzər dənizinin hüquqi statusu üzrə qalan bütün məsələlərlə bağlı razılığa gəlib. Faktiki olaraq müvafiq konvensiyanın mətni hazırdır.

Adalet.az xəbər verir ki, bunu Xəzəryanı ölkələrinin XİN rəhbərlərinin Moskva görüşünün yekunlarına dair mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Ümumilikdə mən keçirdiyimiz görüşü pozitiv qiymətləndirirəm. Biz Xəzərin hüquqi statusuna dair Konvensiya üzərində 20 il davam edən işi yekunlaşdırdıq. Bu mətn təsdiqlənməsi üçün ölkə başçılarımıza təqdim olunacaq və biz ümid edirik ki, sənəd onlar tərəfindən imzalanacaq”, - deyə Lavrov vurğulayıb.