adalet.az header logo
  • Bakı 21°C
05 Dekabr 2017 17:49
14647
MƏMLƏKƏT
A- A+

Xətaidə sahibkarın ağac soyqırımı - Fotolar

Azərbaycanda hökumətin prioritet hesab etdiyi sahələr var. Bunlar iqtisadi, sosial, təhsil və digər sahələri əhatə edir. Bütün bunlarla yanaşı ölkədə ekoloji tarazlığın qorunması, yeni yaşıllıqların salınması istiqamıtində də davamlı addımlar atılır. Təkcə bu ilin noyabr ayında hakim Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi münasibəti ilə 25 mindən çox ağac əkilib. Hökumətin bu istiqamətdə həyata keçirdiyi işlər ürək açan olsa da bəzi yerli məmur və sahibkarların ekologiyamıza qənim kəsilməsi təəssüf doğurur. Redaksiyamıza daxil olan məlumatlara görə, Xətai rayonunda yerləşən Məmməd Hadi küçəsində vətəndaşlar tərəfindən salının parklar, əkilən ağaclar sahibkarlar yox konkret sahibkar tərəfindən məhv edilib. Müraciəti dəqiqləşdirməkdən ötrü ilk öncə internet üzərindən kiçik bir axtarış etdik. Axtarış zamanı analoji halın ötən illərdə də yaşandığının şahidi olduq. Belə ki, Xətai rayonunda Məmməd Hadi küçəsində yolun orttasında yerləşən parkda olan ağaclar kəsilib, ərazidə kafe tikilişi üçün ahzırlıq getdiyi dönəmdə mətbuat bu məsələni gündəmə gətirdiyindən işlər yarımçıq qalmışdı. Ancaq indi....

Yağışlı və soyuq payız günündə sözügedən ərazidə olduq. Bazar günü olduğundan ərazidə çoxlu insanlar var idi. Kimisi alver üçün, kimisi bir tikə çörək puluna görə ərazidə idi. Bir tərəfdə isə söhbət açdığımız ərazidə işləyən fəhlələr.... Havanın yağmurlu olmasına baxmayaraq fəhlələr durmadan çalışırdılar. Bir nəfər isə kənardan onlara ciddi nəzarət edir. Hasara alınmış ərazidən isə bir zamanlar 10-larla ağac olduğu halda indi yalnız 3 ağac həyat mücadiləsi verirdi. İlkin müşahidələrimiz onu deməyə əsas verir ki, ərazinin yol ortasında olması, ağacların kəsilməsi sahibkarı zərrə qədər də düşündürmür. Əksinə işə həvəslə yanaşan sahibkar gələcək obyektinin konturlarını cızıb, nə qədər qazanacağı barəsində düşünürdü. Bizimlə söhbətində də bunun şahidi olduq. Əraziyə nəzarət edən sahibkar deyir ki. icra hakimiyyəti tərəfindən göstəriş gəlib ki, ərazidə kafe tikilsin. Düzü bu göstərişin kim tərəfindən və nə zaman gəlməsi barədə bizə məlumat verilməsə də sahibkar işi görməkdən məmnun görünürdü. Dediyinə görə, yolun ortasında yerləşən ərazidə vətəndaşların asudə avxtlarının səmərəli təşkili üçün kafe amılacaq, hətta ayaq yolu istifadəyə veriləcək. Tikintinin həyata keçirildiyi, hasarlanmış əraziyə baxış keçirmək istəsək də sahibkar buna mane oldu. Əvəzində ərazidən kəsilən ağacların taleyinə aydfınlıq gətirdi: "Burda kəsilən ağaclarla bağlı aidiyyatı qurumlara məlumat vermişik. Ekologiyadan da gəlmişdilər. Heç bir problem yoxdur”.


Məhəmməd Hadi küçəsində yerləşən Ticarət Mərkəzinin qarşısında limon satan Elza xala isə deyəsə ərazidə baş verənlərdən məlumatsız idi. O, burada nə tikilir sualına belə cavab verdi: "Hərə bir söz deyir. Biri deyir Ticarət Mərkəzi tikilir. Biri deyir kafe tikilir. Bilmirəm nə tikilir. Ancaq tikilir. Gecə gündüz işləyirlər”. Ərazidə olan ağacların kəsilməsinə gəlincə Elza xala bunları dedi: "Burda tikintini həyata keçirən kimdirsə güclü pulu var. Eninə bozuna baxmadan pul xərcləyir. Ağacları da gecə ilə kəsib yerli dibli yox ediblər. Mən bu məsələlərə qarışmıram. Hər gün gəlib limonumu satıb çöprəyimi qazanıram. Sən allah məni bu işlərə bulaşdırmayın”.


Gül satan Əli dayı isə məsələyə başqa prizmadan yanaşdı. Onun sözlərinə görə, uzun müddətdir sözügedən ərazidə alver edir. Hətta parkda əkilən ağacların həm əkilməsi prosesində həm də onların qorunmasında daim aktiv rol oynayıb: "Hardasa 5-6 il olrdı 20-dğn çox ağac əkdik bura. Mən demək olar ki, yağışda, qarda, lap günün qızmarında burda alver edirəm. Günümün çox hissəsi burda keçir. Yyada ağaclar qurumasın deyə onlara su da verirdim. Bir neçə avxtdır səhər tezdən işə gələndə ərazinin hasarlandığını gördüm. Özünüzdə görürsünüz ki, həmin ərazidə cəmi 3 ağac var. Qalanlarının hamısını kəsiblər. Özüdə ağacları gecə yarısı kəsirlər ki, heç kimin xəbəri olmasın”.


Ərazidə yaşayan Nuranə Ağayeva isə deyir ki, yolun ortasında obyektin tikilməsi sakinlər tərəfindən ciddi narazılıqla qarşılanıb. Onun sözlərinə görə, məsələ ilə bağlı icra hakimiyyətinə dəfələrlə müraciət etsələr də heç bir nəticə yoxdur. N.Ağayeva deyir ki, uşaqları məktəblidir. Gündəlik həmin ərazidən o tərəf, bu tərəfə keçirlər. Bir nov bu ərazi onların hərəkəti üçün əlverişlidir. İndi isə bir zamanlar yaşıllıq və piyadalar üçün təhlükəsiz keçid olan ərazidə obyektin tikilməsi onların işlərini çətinə salıb. N.Ağayeva onu da bildirib ki, bir zamanlar sözügedən ərazidə olan ağacların kütləvi şəkildə məhv olunması ilə bağlı Prezident Admnisitrasiyasına müraciət ünvanlanıb: "Bu binada yaşayan 50-yə yaxın sakin Prezident Administrasiyasına müraciət ediblər. Burda olan ağacların əkilməsində, onların qorunmasında hər birimizin zəhməti var. Hər hansı sahibkar bir gecədə gəlib ərazini hasara alıb, ağacları da gecə ilə kəsib və indi də deyir ki, Bağdadda mənəm Xətaidə kor xəlifə”.

Məsələ ilə bağlı Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi və Xətai Rayon İcra Hakimiyyətlərinin mövqeyini öyrənməyə çalışdıq. Təəssüflər olsun ki, hər iki qurum müraciətimizi cavablandırmadı.

Mövzunu diqqətdə saxlayacayıq.