adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Dekabr 2017 17:46
13266
MƏMLƏKƏT
A- A+

“Kənd təsərrüfatının inkişafı prioritetdir” - Prezident

"Kənd təsərrüfatının inkişafı prioritet məsələdir. Mənə verilən məlumata görə, ölkədə 400 hektardan çox sahədə yeni istixana kompleksləri salınır. Burada yetişdiriləcək məhsulların hamısı demək olar ki, xaricə ixrac olunacaq. Çünki, biz özümüzü tərəvəzlə təmin etmişik”.

Adalet.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Xəzər rayonunun Zirə qəsəbəsində "BAKU AGROPARK”ın birinci mərhələsi çərçivəsində görülən işlərlə tanış olarkən deyib.

"Ölkəmizə ən çox gəlir gətirən sahə pomidorla bağlıdır. Bu ilin 10 ayı ərzində pomidor ixracından ölkəyə 130 milyon dollar vəsait gəlib. Əgər növbəti mərhələdə 400 hektar yeni istixana komplekslərini istifadəyə versək, bu, bizim ixrac imkanlarımızı qat-qat artıracaq. Bu həm də yeni iş yerləri deməkdir”-deyə, prezident qeyd edib.