adalet.az header logo
  • Bakı 16°C
04 Dekabr 2017 17:21
12514
MƏMLƏKƏT
A- A+

GƏDƏBƏYİN İCRA BAŞÇISININ MAAŞINI KİM ALIR?

Azərbaycanın görkəmli 1 nömrəli qaçqın və məcburi köçkünü Həsənqulu deyir ki, müəllim, Gədəbəyin icra başçısına maaş da verirlər ki? Məni ora icra başçısı qoysunlar, maaş istəmirəm. Bu adam hələ bir neçə il əvvəl bir sahibkarın üçmərtəbəli şəxsi mülkiyyətini sökdürdü. Başçıdı, ixtiyarı var. İndi də bir sahibkarın həm ofisinin, həm də evinin qabağını hördürüb, qəzetələr də yazır. Yazmağın nə xeyri var, icra başçısıdı, rayonun külli-itiyar sahibidi, istəsə həmin sahibkarın ofisini və evini də sökdürə bilər. Əlinin üstündə əl yoxdur ki! O, qanuna yox, qanun ona tabedi.

İndi sizə üç şəkil təqdim edirik, biri dünənədək Quba Rayon İcra Hakimiyyətinin başçısının maaşını alan Yaşar Məmmədovun şəklidi, biri sahibkarlarla məzələnən Gədəbəy rayon icra başçısının maaşını alan Ramiz Yediyarovun şəklidi, biri də evinin önünə hasar çəkilmiş sahibkarın ofisinin şəklidi.

Qısası, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının maaşını hələ ki, Ramiz Yediyarov alır.

Amma unudurlar ki, bir gün özləri də dünyaya həmin hasarın arxasından baxa bilərlər.

Bu xəbəri Prezident Aparatında oxumağı məsləhət görmürük. Ona görə ki, oxusalar da bir xeyri yoxdu.