ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Zeynab Kazımova yeni vəzifəyə təyinat alıb

23907    |   2017-12-04 16:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Tanınmış jurnalist, Azərbaycanın yeganə fransızdilli "Le Carrefour" qəzetinin baş redaktoru Zeynab Kazımova Xalça Muzeyinin mətbuat xidməinin rəhbəri təyin olunub.

Bu barədə Adalet.az-a məlumat verən Z.Kazımova bu gündən iş başında olduğunu bildirib: "İlk fəaliyyətimə başlayanda mətbuata sosial mövzularla gəlmişəm.

İctimaiyyətlə əlaqələr sahəsində isə fəaliyyətim əsasən təhsillə bağlı olub. Bununla yanaşı, fəaliyyətim Azərbaycanda xaricidilli medianın inkişafı, ölkəmizin təbliği, beynəlxalq arenada təbliğatı ilə bağlı olub”.

Z.Kazımova bildirib ki, Xalça Muzeyinin də məqsəd və vəzifələrindən biri Azərbaycanın mədəni irsinin qorunub saxlanması, nümayiş etdirilməsi, təbliğ olunması və bu mədəni irsimizi bütün dünyaya çatdırmaqdır:

"Bu baxımdan, bu sahə mənə çox doğma və yaxındır. Xatırladım ki, ilk dəfə Dövlət radiosunda ilk süjetim xalça sexindən olub”.

Xatırladaq ki, Zeynab Kazımova bundan əvvəl Bakı Ali Neft Məktəbində və Azərbaycan Dillər Universitetində mətbuat katibi işləyib.





İmza:
SON XƏBƏRLƏR
2018-02-18
2018-02-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Real" PSJ-yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Günlərin bir günü dəlixanaya həkimlər gəlir. Dəlilərin qabağına boş boşqablar qoyulrar. Dəlilərin hamısı yalandan boşqabı gəmirir, amma dəlilərin biri isə heç nə etmədən durub baxırdı. Hamı elə bildi ki, bu ağıllanıb. Göndərirlər evə. Yolda soruşurlar ki, bəs sən niyə yemək yemədin?
Dəli cavabında:
- Soyumağını gözləyirdim.




digər lətifələr
ARXİV
FACEBOOK