adalet.az header logo
  • Bakı 19°C
04 Dekabr 2017 17:00
22283
SİYASƏT
A- A+

“Ermənistan Türkiyə ilə bütün dostluq kanallarını bağlayıb”

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ermənistanı özünütəcrid siyasəti yürütməkdə ittiham edib.

Adalet.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, o bu barədə AKP-nin qrup toplantısında çıxışında deyib.

"Ermənistan diasporunun təzyiqi ilə Türkiyə ilə bütün dostluq kanallarını bağlayıb və buna görə nəqliyyat, energetika və ticarət layihələrindən kənarlaşıb. Bu belə də davam edəcək”.

Ərdoğan Gürcüstanla və digər ölkələrlə sıx münasibətlərin rəsmi Ankaranın qonşuları ilə dostluğa can atmağının göstərici adlandırıb.