adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
04 Dekabr 2017 16:25
14885
İDMAN
A- A+

Suriyalı çempion Ərdoğanla görüş istədi

Tezliklə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşərək sülhə tövhə vermək və ölkələrimiz arasındakı münasibətlərin yaxşılaşmasını istəyirəm.

Adalet.az xəbər verir ki, bu sözləri ötən həftə Almaniyada rusiyalı rəqibinə qalib gələrək dünya çempionu olan Suriya əsilli boksçu Mahmud Ömər Manuel Çarr söyləyib. Qazandığı kəməri Ərdoğana hədiyyə etmək istədiyini deyən bokşçu Türkiyəni və türkləri çox sevdiyini bildirib:

"Mən dünya ”Dünya Boks Şurasının və Dünya Boks Təşkilatının sülh elçisiyəm. Türkiyəyə getmək mənim üçün qürurverici olar. Ərdoğan əmi və türk xalqına suriyalılar üçün etdikləri fədakarlıqlardan dolayı təşəkkür etmək istəyirəm”.