Azərbaycanda yeni nəslin boyu niyə kiçilir...
Uzman. Dr Fuad BəşirovModern.az-aaçıqlamasında qeyd edib ki, boyla ağıl arasında heç bir elaqə yoxdur.
"Səslənən fikirlərə rəğmən insanların boyunun getdikcə qısalması ilə bağlı bir tədqiqat varmı-yoxmu dəqiq bilmirəm. Olsaydı, çox güman ki, xəbərim olardı.
Çin və Yapon xalqlarının boyları ortalama insan boyundan qısa deyil. İndiyə qədər insanın fiziyolojik quruluşu ilə IQ (zəka gostericisi olaraq qəbul edilir) arasında əlaqə olduğu göstərilməyib”.
Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev Modern.az-a deyib ki, Azərbaycanda insanların boyunun qısalması və çəkilərinin azlığı ilə bağlı heç bir statistika yoxdur.
"Azərbaycan ümumiyyətlə əhalisinə görə uzunboylu ölkələrdən deyil, təxminən ortaboylu ölkələr sırasındadır. Mənim bildiyim məlumata görə, uşaqlarda boyun qısalması prosesi deyil, əksinə uzanması prosesləri gedir. Bundan əlavə, fiziki sağlamlıqla bağlı da birmənalı fikir söyləmək olmaz ki, azərbaycanlıların fiziki sağlamlığı kimlərdənsə geri qalır. Düzdür, insanların getdikçə boyunun qısalması ilə bağlı Milli Məclisdə də fikirlər səslənib, amma mən cılızlaşmaya meyllilik hiss etmirəm. Ola bilər ki, onlar hansısa Avropa ölkələrinin insanları ilə müqayisə edirlər. Qeyd edim ki, hər bir etnik qrupun özünün fiziki-antropoloji göstəriciləri var. Və bu göstəricilərə görə Avropa insanı ilə bizi müqayisə etmək düzgün deyil. Azərbaycanda 40-50 il əvvəlki göstəricilərə baxsaq da, qeyd edə bilərəm ki, fiziki olaraq dəyişiklik hiss olunmur”.
Bəzi mütəxəssislər boy qısalığını daha çox qohum evlilikləri ilə əlaqələndirirlər. Belə ki, qohum nikahları gendə cılızlaşmaya səbəb olur ki, bu da fiziki baxımdan özünü mütləq göstərir. Əlavə olaraq boy artımı üçün qidalanma və gigiyena da əsas şərtlərdən hesab olunur. Müxtəlif idman növləri ilə məşğul olmaq, proteinli qidalarla bəslənmək, gecikmədən həkimə müraciət edilərsə, boyun müəyyən qədər uzanmasına gətirib çıxara bilər. Araşdırmalara əsasən, uşaqların boyu 70% ata və anadan, 30% isə birbaşa qidalanmadan və sağlamlıq vəziyyətindən asılıdır.