adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Dekabr 2017 17:42
11728
SAĞLAMLIQ
A- A+

Yuxu ilə bağlı inanılmaz həqiqətlər

Yuxu elmi insanlar üçün daim sirr olaraq qalıb. Heç bir təcrübə, araşdırma yuxu haqqında dəqiq mülahizələr yürütməyə imkan verməyib.

Yuxu ilə bağlı bilinən bir sıra gerçəkliklər də var. Bu xəbərimizdə sizə həmin gerçəkliklərdən ibarət sıralamanı təqdim edəcəyik:

1. Oyandıqdan 5 dəqiqə sonra yuxunun yarısını, 10 dəqiqə sonra isə 90%-ni unuduruq.

2. Korlar da yuxu görürlər.

3. Hər gecə 4-7 yuxu görürük.

4. İfrat psixoloji gərginlik keçirənlərdən başqa hamı yuxu görür.

5. Elə insanlar var ki, yuxu görmədiklərini düşünürlər. Lakin bu, heç də belə deyil. Buna səbəb onların yuxularını yadda saxlaya bilməmələridir.

6. Ancaq gördüyümüz üzlər yuxumuza girə bilər. Hamımız həyatımız boyu minlərlə üz gördüyümüz üçün yuxuda da çox sayda insan görə bilərik.

7. Hamı rəngli yuxu görə bilməz. Gözləri görən insanların 12 faizi yuxularını ağ-qara rəngdə görürlər.

8. İnsanlar 1915-1950-ci illərdə daha çox ağ-qara yuxular gördükləri halda, 50-ci illərdən sonra bu "tendensiya" dəyişməyə başladı. Mütəxəssislər bunun səbəbinin rəngli televizorların istehsalı ilə əlaqələndirirlər.

9. Yuxu simvolik xarakter daşıyır. Müəyyən bir əşya və hadisə barədə bəhs edən yuxu adətən birbaşa həmin əşya və ya hadisə ilə bağlı olmaya da bilir.

10. Yuxuda ən çox hiss edilən həyəcandır.

11. Yuxular arasındakı fasilə orta hesabla 1-2 saatdır.

12. Heyvanlar da yuxu görürlər.

13. Yuxunun real həyatla əlaqəsi var. Belə ki, radioda musiqi səsləndirilərkən yuxuda konsertdə olduğunuzu görə bilərsiniz.

14. Kişilər və qadınlar fərqli yuxular görürlər. Kişilər qadınlara nisbətən yuxularında daha aqressiv hisslər keçirirlər.

15. Xoruldayarkən yuxu görmək mümkün deyil.

16. Araşdırmalara görə, yuxuların 18-38 faizi gələcəklə bağlıdır.

17. Ən uzun oyaq qalma rekordu 18 gün 21 saat 40 dəqiqədir.

18. İnsanlar heyvanlarla müqayisədə 3 saat az yatırlar.

19. Yuxu ilə bağlı bildiyimiz hər şey son 25 ilin nəticəsidir.

20. Alma qəhvədən daha çox yuxusuzluq gətirir.

qaynarinfo.az