adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
04 Dekabr 2017 14:53
10444
GÜNDƏM
A- A+

XIII ƏSRDƏ ERMƏNİSTAN VARDI?!

Televiziya kanallarının birində tarixlə bağlı maraqlı verilişlər olur. Mən də həmişə maraqla izləyirəm. Verilişin aparıcısı da tələbə yoldaşımdı, savadlı da tarixçi bir professordu. İki-üç gün öncə yenə həmin veriliş efirdəydi, mən də həvəslə izləyirdim. Çingiz xanın bu əraziləri işğalından söhbət gedirdi. Arada bir süjet verdilər, yüz faiz Sovet hökumətindən qalma bir süjet idi. Həm güldüm, həm də dilxor oldum. Dostumun bu süjeti diqqətdən qaçırmasına dilxor oldum. Süjetdə deyilir ki, Çingiz xan gəldi Azərbaycanı, Ermənistanı və Gürcüstanı işğal elədi.

Azərbaycanı qoydum bir kənara, XIII əsrdə Ermənistan və ya Gürcüstan adında bir dövlət vardı ki, Çingiz xan da işğal eləyə?

Bir az diqqətli olun da.

Çox vacib olsa soruşun, həmin kanalın da, tarixçi dostumun da adını çəkim. Sadəcə olaraq, ümumi bəla olduğuna görə ünvan göstərmədim.