adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
04 Dekabr 2017 15:29
12432
SİYASƏT
A- A+

Qənirə Paşayeva ABŞ-ın qadın təşkilat rəhbərlərinə işğaldan danışıb

Milli Məclisin deputatı Qənirə Paşayeva ABŞ-ın tanınmış qadın təşkilat rəhbərləri və təmsilçiləri iləgörüşdəAzərbaycanda qadınların cəmiyyətdərolunun artırılması istiqamətində görülən işlər, ölkəmizin Birinci vitse-prezidenti MehribanƏliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdərolu barədədanışıb, Azərbaycan həqiqətləri iləbağlı məlumatlar verib.

Q.Paşayeva ABŞ heyətinəErmənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları iləbağlı məlumatlar verib.Deputat nümayəndəheyətinə1 milyon azərbaycanlının, yüz minlərləazərbaycanlı qadının Ermənistanın işğalı nəticəsindəöz yurd-yuvalarından qaçqın vəməcburi köçkün düşməsi vəonların fundamental insan haqlarının bu gün dəErmənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərləazərbaycanlı qaçqın vəməcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinədönməsinəimkan verməməsi barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilədəbeynəlxalq aləmdənüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpəuşaqları qətləyetirməsinə, yüz minlərləazərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı vəbuna qarşı öz etiraz səsini ucaltmalıdır. ABŞ-ın da Azərbaycanlaəməkdaşlığın, dostluğun inkişafına önəm verdiyini deyən nümayəndəheyəti üzvləri iki ölkəarasında münasibətlərin getdikcəinkişaf edəcəyinəinandıqlarını vurğulayıblar. İki ölkənin qadın siyasətçləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin vəqarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunun vurğulandığı görüşdəiki ölkəarasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinəinam vurğulanıb. Millət vəkili Q.Paşayeva görüşün sonunda onlara Azərbaycan mədəniyyəti iləbağlı hədiyyəvəmaterialları təqdim edib.