adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Dekabr 2017 14:50
11775
GÜNDƏM
A- A+

ALLAHIN İŞİNƏ YAMAN ÇOX QARIŞIRIQ

Bizi Allahmı yaradıb, yoxsa çırt eləyib özümüz yaranmışıq?! Bu müzakirə yüz illərdi gedir, hələ gedəcək də. Bitən mövzu deyil. Bu məsələni qoyduq kənara.

Oxuyuram ki, Zoologiya İnstitutunun direktoru müsahibəsində deyir ki (çox şey deyir ey, amma mən birindən yapışıram), qadınlar kişilərdən 80 min il əvvəl yaranıb. Məntiqinə bir dıbır kəsim. 80 min il bu qadınlar nə təhər doğub, törəyib, artıb. Özü də doğduqları hamısı qadın olub?! Onlar inoplanetlilərləmi yaşayıbmışlar, yoxsa mələklərlə? Bildiyimizə görə, mələklərin erkəkliyi, dişiliyi yoxdu. Deməli, mələkləri qoyduq bir tərəfə. Qaldı «inoplanetlilər». Nə təhər olur, onların da əkdiklərinin hamısı qız olub.

Bu məsələdə hörmətli alimə bir tutalqa verim, araşdırma aparsın. Bu kosmonavtlar var ha, onlar da kosmosdan qayıdandan sonra bütün əkdikləri qız doğulur. Görünür, kosmosa çıxandan sonra onlar da «inoplanetli» olur. Maraqlı mövzudu, elə deyilmi?

Ay qardaş, gedin elminizlə məşğul olun, bir kəşf edin, bir ixtira edin. Siz Allahın işinə niyə qarışırsınız?

Lətifəsi bugünki nömrədə.