adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Aqil ABBAS: Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs"

AQİL ABBAS
54531 | 2017-12-05 10:14

Milyonları yeyənlərə,dövlətin və millətin təhlükəsizliyini zərbəaltına qoyanlara, insanların təkcə var-dövlətlərini deyil, ömürlərini də çalanlara, ölkəni iqtisadi böhrana sürükləyənlərə, banklardan milyardlarla dollar pul oğurlayanlara 8, 10,12, «pataloku» 15 il iş verirlər. Aldıqları həbs cəzalarının üçdə birini və yaxud üçdə ikisini çəkəndən sonra azadlığa çıxmaları da mümkündü.

Mənfur sovetlər dönəmində dövlət əmlakını 10 min manatdan artıq oğurlayanlar «külli miqdarda dövlət əmlakınımənimsəmək» maddəsi ilə (gərək ki həmin vaxtlar bu cəza CM-nin 88.1-ci maddəsi ilətövsif olunurdu) təqsirli bilinirdilər və bu maddə ilə 15 ilədək, hətta ölüm cəzasınada məhkum olunurdular. Nə isə.

İndi «Keşlə» komandasınıniki önəmli futbolçusuna ömürlük «həbs cəzası»verilib. Səbəbini də o qədər yazıblar ki. Kimideyir oyun satıblar, kimi deyir «Topaz»da və ya nə bilim hansısa futbol qumarında «Neftçi»ninqələbəsinə külli miqdarda pul qoyublar, nə bilim, kimi day nə deyir…

Bu söhbət gündəmi zəbt edib.Bu arada Hacı Məmmədovun intihar söhbəti ortaya çıxdı və indi bu futbolçular gündəmdən düşdülər.

Futbolçulardan biri (Mirhüseyn Seyidov) bununla bağlı beləbir açıqlama verib ki, «Neftçi»yə keçməkistəyirdim, ona görə zəifoynamışam. Yəni «Neftçi»nin məşqçisinin xoşuna gəlmək istəyibmiş.

Gələk satmaq söhbətinə. Əgər satan varsa, deməli, alanda var. Satana ömürlük «həbs» verirlər, alanıisə axtarmırlar, cəzalandırmırlar. Bu necə olur?

«İnter» (qəttəzəadı «Keşlə») Azərbaycanın çempionluq uğrundamübarizə aparan, eləcə də gözəl futbol akademiyası olan komandalarından biri idi.Bu komandanı verdilər gürcü məşqçilərininəllərinə, onlar da gələndə Gürcüstandan bir KAMaz qohum-əqrəbalarını da gətirirdilər. Vaxt olub ki, limit tətbiq olunanadək «İnter»də 10 xarici legioner meydanaçıxıb və ümumiyyətlə, komandanın tərkibində 21 əcnəbi futbolçu olub. Sonra komandabirdən-birə bir uçuruma düşdü, futbolçularaylarla maaş ala bilmədilər, məcbur olubbaşqa komandalara keçdilər və nəhayət, beləliklə gedib çıxdılar Keşləyə.Komandanı bu hala salanlar (Cahangir Hacıyevdən başqa) hamısı öz işində, öz kefində.Və onların heç biri də cəzalanmayıb, yaxalarını çəkiblər kənara.

Çox maraqlıdı, komandanınbu günə düşməsinə səbəb olan Cahangir Hacıyevə15 il iş, hansısa bir oyunda danışıqlaragedən Nizami Hacıyev və Mirhüseyn Seyidova ömürlük «həbs».

Mən bu futbolçularabəraət qazandırmaq fikrində deyiləm.Əgər hansısa xoşagəlməz bir əmələ yol veriblərsə,haqq etdikləri cəzanı almalıdırlar. Amma day bu qədər də yox da.

79-80-ci illərdə İtaliyanın çox məşhur bir futbolçusu Rossi və iki arkadaşıoyun satdıqlarına görə həbs olunmuşdular və 2 il də cəza almışdılar. Amma day onlara ömürlük «həbs» cəzası verməmişdilər.

Sonra Rossi həbsxanadan çıxdı və1982-ci ildə İtaliyanı dünya çempionu elədi və dünyanın bir nömrəli futbolçusu seçildi.

İndi hansısa bir səhv hərəkətəgörə ömürlük «həbs».

Məntiqdeyilən bir elm var. Çox təəssüf ki, bunu bircə universitetdə humanitarfakültələrdə keçirlər. «Neftçi»nin qələbəsinə külli miqdarda pul qoymaq və buna görə oyunu satmaq məntiqdən çox-çox uzaqdı. Əgər «Keşlə»nin qələbəsinə pulqoyub oynasaydılar və «Keşlə» qalib gəlsəydi, daha çox pul qazanardılar. Çünki«Neftçi»nin «Keşlə»yə qalib gələcəyi gün kimiaydın idi. Əvvəla, «Neftçi»yə Tərlan Əhmədov gələndən sonra komandada birtoparlanma var. «Neftçi» özünü tapmaqdadı. «Keşlə»nin durumu isə hamımıza məlumdur.Ramiz Məmmədov üçün ürəyim ağrıyır. Çünkio, bir komandanı yox (futbolçulardan üzr istəyirəm), bir leşi qəbul edib.Onu diriltmək üçün Ramizə xeyli zamanlazım olacaq. Çünki futbolçuların da psixoloji durumu yerində deyil. Amma inanıram, Ramiz Məmmədov komandanıbu durumdan çıxaracaq və «Keşlə» «Qarabağ»la, «Qəbələ» ilə döşləşə biləcəkbir komandaya çevriləcək.

Bəli, iki önəmli futbolçuya ömürlük «həbs» cəzası. Çox ağır olmadımı? Bunların hələ nə yaşı var?Bunların dənizdən çıxarılıb sahilə atılanbalığa çevrilməsini istəməzdim.

AFFA-nın işinə qarışmaqistəməzdim. Amma hər halda bir futbol fanatı kimi bu cəzaya yenidən baxılmasını, cəzanın yüngülləşdirilməsini AFFA rəhbərliyindən xahiş edirəm.

Yox, əgər yüngülləşdirməkfikirləri yoxdursa, onda «satanlar» cəzalandığıkimi, «alanları» da tapıb üzə çıxarsınlar, onları da cəzalandırsınlar. Deyəkki, heç olmasa ədalətli bir qərar çıxartdılar.

TƏQVİM / ARXİV